Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


V FƏSİL ƏZƏLƏLƏRİN FİZİOLOGİYASI



Yüklə 31,99 Mb.
səhifə53/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

V FƏSİL



ƏZƏLƏLƏRİN FİZİOLOGİYASI


Bir və çoxhüceyrəli canlıların sadədən mürəkkəbə doğru inkişafı prosesində əzələlərin üç növü – saya, eninəzolaqlı və ya skelet və ürək əzələsi formalaşmışdır.
Əzələ bir «maşın» kimi kimyəvi enerjini bilavasitə mexaniki və istilik enerjisinə çevirir.
Əzələ lifləri qıcıqlanma, oyanma, keçiricilik və qıcığın təsiri altında yığılıb-boşalma qabiliyyətinə malikdir.
İnsan və heyvanın həm ən sadə və dəqiqlik tələb edən əl işləri, həm də ən incə düşüncə və duyğuları – nitqin köməyi, məktub yazmaq, gülmək və s. hərəkətlər əzələlərin yığılıbaçılması hesabına icra olunur. Orqanizmdə əzələ kütləsi ümumi bədən kütləsinin 40-50%-ni təşkil edir. Ətraf əzələlərinin təqəllüsü sayəsində bədən məkan daxilində müxtəlif istiqamətlərdə yerini dəyişir, həzm borusunda (mədə və bağırsaqlarda) qida möhtəviyyatının evakuasiyası mümkün olur, damarlar daralır və genişlənir, sidik kisəsi boşalır.
Əzələ toxumasının yığılma, qısalma elementləri (eninəzolaqlı skelet əzələ lifi, kardiomiositlər, saya əzələ hüceyrələri və s.) və əzələ mənşəli olmayan kontraktil hüceyrələr (mioepitelial, miofibroblastlar və s.) tərəfindən həyata keçirilən hərəkət funksiyalarının əsasını aktinomiozinin liflərinin xemomexanik dəyişməsi təmin edir.
Eninəzolaqlı əzələdə – skelet əzələ liflərində və kardiomisetlərdə yığıcı vahid – sarkomer iştirak edir. Saya əzələnin hüceyrələrində sarkomerlər yoxdur. Skelet əzələləri iradi, saya əzələlər isə qeyri-iradi hərəkətləri həyata keçirir. Skelet əzələlərinin fəaliyyəti iradi olub, sinir sistemi (somatik sinir sistemi) tərəfindən tənzim olunur.
Qeyri-iradi əzələlərin (ürək və saya) fəaliyyəti vegetativ
102
hərəki innervasiyaya, həm də inkişaf etmiş humoral sistem tərəfindən nəzarətə malikdir. Bütün əzələ elementləri hüceyrə membranında (sarkolemma) yayılan fəaliyyət cərəyanını generasiya etməyə malikdir.
5.1 Heyvanların təkamülündə hərəkət funksiyasının rolu
Bəzi heyvanlar özləri üçün lazım olan qidanı passiv, yəni öz yerlərini tərk etmədən, digərləri isə fəal, yəni sərbəst şəkildə təzahür edən axtarışın köməyi ilə əldə edirlər.
Hərəkət – heyvanların spesifik funksiyasıdır.
Təkamül prosesində bitkilərdə qıcığa cavab (tropizm, plastik hərəkətlər), heyvanlarda isə taksis (foto, helio, xemo, hidro), amöbvari, kirpikli, qamçılı və əzələli (eninəzolaqlı, saya əzələ) hərəkət növləri formalaşmışdır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin