Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə58/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Nazik liflər (şəkil 5.1,A). 1 mkm qədər uzunluqda olub, Faktinin ikilispiralının, tropomozinin ikili lifi ilə kooperasiyasından ibarət olub, troponin kompleksinin zülallarından və nazik liflə assosiasiya edilib onun karkasını saxlayan α-aktindən, desmin və nebulindən ibarətdir.
111
İnnervasiya. Skelet əzələlərinin və əzələ liflərinin hərəki və hissi somatik innervasiyası, onurğa beynin ön buynuzlarının, kəllə sinirinin hərəki nüvələrinin -α və -γ motoneyronlarının, onurğa beyin düyunlərinin psevdounipolyar həssas neyronları, kəllə sinirlərinin hissi nüvələri yerinə yetirir.
Skelet əzələlərində əzələ liflərinin vegetativ innervasiyası qeyd olunmur, lakin əzələlərin qan damarlarının divarlarının saya əzələ hüceyrələri simpatik adrenenergik innervasiyaya malikdir.
Polineyron innervasiya. Hərəkət vahidlərinin formalaşması postnatal dövrdə baş verir, lakin doğulana kimi hərəkət əzələ lifi bir neçə motoneyronla innervasiya olunur. Əzələ lifinin təsir potensialı 1-5 mV çəkir, sarkolemmada onun nəqlolunma sürəti Tborucuqlar daxil olmaqla 3-5 m/s təşkil edir.
Hissi innervasiya. Skelet əzələlərinin hissi innervasiyası əsasən proprioreseptorlar vasitəsilə yerinə yetirilir – əzələ, vətər, Holçi orqanoidi, oynaq kapsullunda hissi sinir ucları yerləşir.
Əzələnin yığılması – oyanma dalğası sinir impulsu şəklində (sinir liflərinin FP) hərəkəti neyronlarının aksonları ilə sinir əzələ sinapslarına daxil olarkən əzələlərin yığılması baş verir.
Sarkomerlərin yığılması. Əzələ miofibrinləri çoxlu ardıcıl birləşmiş sarkomerlərin qısalması nəticəsində yığılır. İki müxtəlif funksional vəziyyətdə sarkomerin quruluşunu müqayisə etdikdə (şəkil 5.4, A,B), yığılma zamanı eninə cizgilərin və qarşılıqlı liflərdə dəyişiklikləri görmək olar. Nazik aktin filamentləri yoğun miozin lifləri boyunca onların arası ilə dəstənin və sarkomerin ortasına qədər sürüşür.
Şəkil 5.4, A,B sürüşən liflər nəzəriyyəsinin əsas vəziyyətlərini nümayiş etdirir. Əzələnin yığılması zamanı aktin və miozin telləri qısalmır. Bunu işıq mikroskopunda aparılmış təcrübələrdə izah edilmişdir. A-diskinin eni (1,6 mkm) həmişə dəyişilməmiş qalır, lakin 1-diski və H-zonası yığılma zamanı daralır. Liflərin uzunluğu gərginləşmə zamanında dəyişmir. Nazik filamentlər yoğun liflərin arasından dartılır, belə ki, onların dəstələrinin örtülmə dərəcəsi azalır. Onda belə bir sual oluna bilər ki, aktin liflərin sarkomerin iki nahiyəsində «müxtəlif istiqamətli
112
sürüşməsi» həyata keçirilir.
Bu vasitəli yığılmadır (sinir əzələ sinapsı ötürülmə vasitəsilə əzələnin vasitəsiz yığılması da mümkündür. Bu hadisələrin ardıcıllığı belədir. (1) postsinaptik membranın depolyarizasiyası və FP generalizasiyası→(2) FP əzələ lifinin plazmolemması ilə yayılması→(3) triadalarda siqnalın SR-ma ötürülməsi→(4) SR-dan Ca2+-nin qovulması→(5) Ca2+ nazik liflərin C «troponini ilə birləşməsi→(6) nazik və qalın liflərin qarşılıqlı təsiri (körpücüklərin normalaşması liflərin bir-birinə sürtünməsi dartınma qüvvəsinin əmələ gəlməsi→(7) liflərin qarşılıqlı təsiri sikli (8) sarkomerlərin qısalması və əzələ liflərinin yığılması→(9) boşalma.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin