Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə59/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Ca2+-un nazik liflərlə əlaqəsi. Hərəkətsiz vəziyyətdə nazik və qalın liflərin qarşılıqlı təsiri mümkün deyil, çünki F-aktinin miozin birləşdirici sahələri tropomiozinlə blokada olunur. Ca2+ yüksək qatılığında bu ionlar C-troponini ilə birləşib tropomiozinin konformasion dəyişikliyinə səbəb olur. Bu da ki, miozinin əlaqələndirici sahələrinin blokadadan azad olmasına səbəb olur.

Şəkil 5.4. A – miofibrilin eninəzolaqlı strukturu: solda – boşalma, sağda – yığılma. B – yığılmış və boşalmış sarkomerdə aktin və mozin liflərinin təşkili.
Energetik tələbatlar. Əzələ təqəllüsü müəyyən miqdarda enerjinin sərf olunmasını tələb edir. Enerjinin əsas mənbəyi – ATF-in maqroerqinin hidrolizidir.
Mitoxondridlərdə üç karbon turşuların və oksidləşdirici
113
fosforlaşma tsikli prosesində ATF generasiya olunur. Qlikogen sarkoplazmada toplanır. Anaerob qlikolizi ATF sintezi ilə bağlıdır. M xətti nahiyyəsində birləşən kreatinfosfokinaza fosfatın fosfokreatindən ADF-ə daşınmasını katalizə edib kreatin və ATF əmələ gətirir. Mioqlobin Hb kimi oksigeni əvvəlki vəziyyətə dönmə səviyyəsində birləşdirir. Oksigen ehtiyatı əzələnin uzunmüddətli fasiləsiz işi zamanı ATF-nin sintezi üçün lazımdır. Bir iş tsiklinə 1 ATF molekulu sərf olunur. Əzələ lifində ATF-in qatılığı 4 mmol/l bərabərdir. Belə enerji ehtiyatı təqəllüsü 1-2 san enerji ilə təmin üçün kifayətdir.
Əzələ liflərinin növləri. Skelet əzələlərini əmələ gətirən əzələ lifləri – yığılma sürəti, yorulma, diametri, rəngi və s. görə fərqlənirlər.
Məsələn, mitoxondrilərin miqdarı, mioqlobin, kapilyarların sıxlığı əzələnin rənginin dəyişməsinə səbəb ola bilər. Ənənəyə görə qırmızı və ağ, asta və cəld əzələlər və əzələ lifləri ayırd edilir.
Əzələnin növü onun tərkibində olan hər hansı bir əzələ lifinin sayından asılı olaraq təyin edilir.
Əzələ lifini növünün aşağıdakı təsnifat kriteriləri vardır: təqəllüsə (fazalı və tonik) yığılma (cəld və asta (ləng)) və oksidləşmə mübadiləsi tipli (oksidləşmiş-qırmızı, qlikolitik-ağ).
Əzələ lifinin 3 növü var: cəld yığılan – qırmızı, tez yığılan – ağ və asta yığılan – aralıq növü. Qısa məsafəli qaçış və tullanma zamanı cəld yığılan asta əzələ lifləri əzələnin uzunmüddətli işi üçün uyğunlaşıblar, məsələn, bədənin məcburi düz vəziyyətdə saxlanması və ya marafon qaçışı zamanı əzələlər işə başlayır. Qısamüddətli işlərdə qırmızı, uzunmüddətli hərəkətlər icra edəndə isə ağ və aralıq əzələlər fəaliyyət göstərir.
Deməli, skelet əzələləri növünə görə «qırmızı», «ağ» və ya «cəld», «asta» olur. Belə ki, hər əzələ onun tərkibinə daxil olan əzələ liflərinin spektr növlərinə görə fərqlənirlər. Bu spektr genetik determinə olunur. Bundan təcrübədə əzələ lifi tipinə uyğun yaxın və uzaq məsafəyə qaçan idmançıların seçilməsində istifadə edirlər.
114
Əzələnin quruluş və funksional vahidi, əzələ hüceyrəsi və ya lifidir.
Çoxlu nüvəsi olan eninəzolaqlı əzələ lifinin uzunluğu santimetrlərlə ölçülür. Bir nüvəsi olan saya əzələnin lifinin uzunluğu isə millimetrlərlə ölçülür.
Quruluşuna görə əzələ hüceyrəsi xaricdən sarkolemma, daxilində isə sitoplazma və nüvədən (eninəzolaqlı əzələdə nüvələrdən) ibarətdir.
Eninə zolaqlı əzələnin sitoplazması iki hissədən: 1) təqəllüs qabiliyyəti olmayan sarkoplazma və 2) yığıla bilən kinoplazmadan ibarətdir. Sarkoplazma mayedir. Kinoplazma protofibril və ya mioflament adlanan tellərdən ibarətdir. Hər miofibrildə orta hesabla 2500 protofibril vardır. Protofibrillər miozin və aktin zülalları molekullarından əmələ gəliblər. Lakin aktin teli miozinə nisbətən uzundur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin