Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə64/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 5.10. Qurbağanın əzələsinin ritmik qıcıqlandırılması zamanı tək təqəllüsün summatsiya və birləşməsi (0°C). Təqəllüsün toplanması zamanı stimullar arasında interval 500 Ms və saya tetanus zamanı 50 Ms təşkil edir.
Əzələnin yığılması və yük arasında münasibət – izotonik təqəllüs – bu əzələnin daimi gərginlik və yük təsiri zamanı yığılmasıdır. İzolyasiya olunmuş əzələnin bir ucunu sakit vəziyyətdə sıxıcıya bərkidib, digər ucundan isə yük asırıq, yerdəyişmənin ölçüsü onun qısalması ilə mütənasibdir. Belə vəziyyətdə uzunluq dəyişir, gərginlik dəyişmir.
Skelet əzələləri əksər hallarda tetanik təqəllüsdə olur. Bu onu göstərir ki, iş vaxtı skelet əzələlərinə hərəki mərkəzlərdən fasiləsiz impulslar seli gəlir və tetanik təqəllüsü yaradır. Təkcə ürək əzələsi tetanik təqəllüsü vermir. Bunun səbəbi ürək əzələsində skelet əzələsinə nisbətən refrakter dövrün uzun olmasıdır.
Qıcıq kəsilən kimi əzələ tamamilə boşalmır. Onun ilk uzunluğu müəyyən müddət ərzində bərpa olunur. Bu vəziyyət kontraktura adını almışdır. Kontraktura maddələr mübadiləsi
122
pozulduqda və ya əzələ zülallarının xüsusiyyətləri dəyişdikdə baş verir.
Kontrakturanın xüsusi növü ölümdən sonra əmələ gələn meyit qıclığıdır.
Tədqiqatlar göstərir ki, tetanik təqəllüsün əmələ gəlməsinin əsasında çoxsaylı qıcıq göndərərkən əzələdə xolinestereza fəallığının azalmasıdır. Ezerin, prozerin kimi xolinestereza fəallığını azaldan maddələr əzələ kontrakturasını xeyli artırır. Skelet əzələsinin fəaliyyəti iradi, saya və ürək əzələlərinin fəaliyyəti isə qeyri-iradidir. İradi hərəkətlər beyin yarımkürələri tərəfindən tənzim olunur.

5.4. Əzələ təqəllüsündə Ca2+ ionlarının rolu


Oyanmış hüceyrə membranından təqəllüs üçün hüceyrənin dərinliyində olan miofibrillərə əmrin verilməsində əsas rolu Ca2+ ionları oynayır.
Sarkoplazmatik şəbəkə və T-borucuqlar. Sarkoplazma zəngin endoplazmatik şəbəkəyə malikdir (sarkoplazmatik retikulun – SR) (şəkil 5.11).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin