Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə69/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

ATF-in təsir mexanizmi. Ola bilsin ki, sonda ATF eninə körpücüklərlə qarşılıqlı təsirdə olan yığıcı zülallar aktin və miozin ayrılması üçün enerji verir. Bundan həmin dəqiqə sonra miozin başcığı aktindən ayrılır, ATF isə ADF və fosfata parçalanır. Hidrolizin məhsulu isə qısa müddət ərzində katalitik mərkəzlərə birləşmiş halda qalır. Bu eninə körpücüyün aktin ilə yenidən birləşməsi üçün lazımdır. Belə ki, bu müddətdə ADF və fosfatın xaric olması baş verir. Sonra yeni fazanın başlaması üçün eninə körpücüyün ayrılması, onunla ATF-in yeni molekulası birləşməlidir. Əzələ təqəllüsünü təmin edən eninə körpücüklərin ritmiki fəallığı, başqa sözlə onların aktinlə birləşməsi və ondan ayrılması fazası ancaq ATF-ın hidrolizi zamanı mümkündür. Bu isə ATF-azanın aktivliyi fazasında mümkündür. Əgər ATF-in parçalanması blokada olunarsa, onda körpücüklər aktinlə birləşə bilmir, gərginlik müqaviməti və əzələ lifinin qüvvəsi sıfra bərabər olur və əzələ boşalır. Əzələnin yığılması və boşalmasında ATF-in rolunu aydınlaşdırmaq üçün Veber və b. qliserollu su məhlulu ilə əvvəlcə əzələ lifindən bütün endogen ATF çıxarılmışdır. Belə ki, əzələ fəaliyyətindən qalır, yenidən ATF məhluluna salındıqda fəaliyyətə başlayır.
Əzələnin energetikası. Əzələnin fəallaşması Ca2+ hüceyrədaxili qatılığının artması, əzələnin təqəllüsünə və ATF-in daha çox parçalanmasına səbəb olur. Bununla əlaqədar əzələdə metabolizmin intensivliyi 100-1000 dəfə yüksəlir.
Bir mol ATF-in hidrolizi 48 kC enerji verir. Lakin onun 40-
133
50%-i iş üçün mexaniki enerjiyə, qalan 50-60%-i əzələnin yığılması zamanı ayrılan istiliyə sərf olunur. Bununla əlaqədar yüksək istilik alınır.
Beləliklə, faydalı iş əmsalı miofibrildə ATF-in elementar yaranması zamanı 40-50%, lakin təbii şəraitdə əzələnin mexaniki işində çox az 20-30% təşkil edir.
Görülən iş nə qədər çox davam edərsə, bir o qədər çox enerji əmələ gəlir və nəticədə daha çox enerji mənbələri (sulukarbon, yağ) və oksigendən istifadə olunur.
Belə qanunauyğunluq, xüsusilə, dağı enərkən deyil, dağa qalxarkən yorğunluğun, daha çox tərləmənin, təngənəfəsliyin səbəbini izah edir.
Uzunmüddətli müntəzəm əzələ fəaliyyəti zamanı oksigenli fosfatlaşma hesabına ATF-ın aerob regenerasiyası baş verir. Bunun üçün lazım olan enerji sulukarbon və yığılan parçalanması hesabına ayrılır. Bununla əlaqədar ATF-ın əmələgəlmə və parçalanma sürəti bərabərdir. Belə ki, ATF-ın hüceyrədaxili miqdarı (≈5mM), kreatinofosfatin (≈30 mM) miqdarı daimidir. Uzunmüddətli idman hərəkətləri zamanı əzələdə ATF-in parçalanması, sakit vəziyyətə nisbətən 100-1000 dəfə çoxdur. Nəticə etibarilə uzunmüddətli iş zamanı vəziyyətin sabit saxlanması ATF-in sintez sürətinin, onun istifadə olunma sürəti ilə paralel olduqda mümkündür. Bununla da, əzələ toxumasında O2 tələbat sakit vəziyyətlə müqayisədə 50-100 dəfə artır. Ona görə ki, 1 mol ATF-in əmələ gəlməsi buna uyğun əzələdə qlikogenin parçalanma sürəti də artır. Uzunmüddətli işə uyğun olan səviyyədən daha çox ATF qısamüddətli cəhd zamanı (qaçışın final mərhələsi) anaerob yolla qlikogenin əlavə olaraq, başqa sözlə, qlikolizi nəticəsində ola bilər (cədvəl 5.1).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin