Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Saya əzələ hüceyrələrinin morfologiyası



Yüklə 31,99 Mb.
səhifə75/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Saya əzələ hüceyrələrinin morfologiyası. Saya əzələ hüceyrələrinin quruluşu – uzunsov, iyvari, çox vaxt çıxıntılı olur. Uzunluğu 20 mkm – 1 mm qədərdir (məsələn, hamiləlik zamanı uşaqlığın saya əzələ hüceyrələri). Mərkəzdə oval nüvə yerləşir Sarkoplazmada nüvənin qütblərində mitoxondrilər, azad ribosomlar, SR (sarkoplazmatik retikulum) yerləşir.
Miofiomentlər hüceyrənin uzununa oxu boyunca yerləşir.
Hər bir saya əzələ hüceyrələri bazal membranla örtülüb.
Yığılma aparatı. Stabil aktin lifləri əsasən saya əzələ hüceyrələrinin uzununa oxu boyunca yerləşir və sıx cisimlərə bağlanır. Qalın miozin liflərinin və aktin və miozin liflərinin birgə təsirini kalsium deposundan (SR) daxil olan Ca2+ ionları aktivləşdirir.
Yığılma aparatının mütləq komponentləri – kalmodulin (Ca2+ birləşdirici zülal) kinaza və fosfotazasıdır.
İnnervasiya. Saya əzələ hüceyrələrini sinapatik və hissəvi olaraq parasimpatik (xolinerqik) sinir lifləri innervasiya edir. Neyromediatorlar sinir liflərinin varikoz terminal genişlənmələrindən hüceyrəarası boşluğa diffuziya edirlər.
142
Plazma molekulundakı neyromediatorlar onların reseptorları ilə sonrakı birgə təsiri saya əzələ hüceyrələrinin yığılmasına ya boşalmasına gətirib çıxarır.
Boşluqlu orqanların çoxu sinsit quruluşlu saya əzələlərdən təşkil olunmuşdur və o, fəaliyyət potensialının yavaş dalğalarının heç bir maneə olmadan bir lifdən digərinə yayılmasını təmin edir. Belə ki, bunlar simpatik və parasimpatik sinir lifləri ilə təchiz olunurlar (şəkil 5.16). Parasimpatik sinirin qıcıqlandırılması boşluqlu orqanların sekretor fəaliyyətini artırır, simpatik sinir isə ləngidir.

Şəkil 5.16. Asetixolin (A) və adrenalinə (B) qarşı saya əzələlərinin reaksiyası.
Adrenalinin təsirindən damar divarlarının saya əzələləri yığılırsa, mədə-bağırsaqların saya əzələləri, əksinə, boşalır. Asetixolin isə bu qrup əzələlərə əks təsir göstərir.
Saya əzələlər uzunmüddətli mütləq refrakter dövrə, əksinə, skelet əzələləri isə qısa refrakter dövrə malikdir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin