Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə76/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Humoral requlyasiya. Müxtəlif saya əzələ hüceyrələri membranına asetilxolin, histanin, aqriopeptin, anquotenzin reseptorları, adrenoreseptorlar və digərləri daxildir. Aqonistlər saya əzələ hüceyrələri membranında öz reseptorları ilə birləşərək saya əzələ hüceyrələrinin yığılmasına və ya boşalmasına səbəb olurlar.
Saya əzələ hüceyrələrinin yığılması. Aqonist (adrenalin, noradrenalin, anqiotenzin vazopressin) öz reseptoru vasitəsilə Czülalı (Cp) aktivləşdirir, o isə öz növbəsində C fosfolipazanı
143
fəallaşdırır. C-fosfolipaza inozitoetrifosfatın (İTF) əmələ gəlməsini katalizə edir. İTF Ca depolarından Ca2+ qovulmasını stimullaşdırır. Sarkoplazmada Ca2+ konsentrasiyasının yüksəlməsi saya əzələ hüceyrələrinin yığılmasına səbəb olur.
Saya əzələ hüceyrələrinin boşalması. Aqonist (atripeptin, trudikinin, histamin, VİP) reseptorla birləşib C-zülalı fəallaşdırır, o isə öz növbəsində adenilatsiklazanı fəallaşdırır. Adenilatsiklaza TsAMF-nin əmələ gəlməsini katalizə edir. TsAMF-Ca deposuna Ca2+ dolduran kalsium nasosunun işini gücləndirir. Sarkoplazmada Ca2+ konsentrasiyası azalır və saya əzələ hüceyrələri boşalır.
Saya əzələ hüceyrəsi iyvarı formada olub, uzunluğu təqribən 50-400 mkM, diametri 2-10 mkm olub, xüsusi hüceyrəarası əlaqələrlə (desmosomlar) birləşmişdir. Onlar kollagen liflər sarılmış tor əmələ gətirir. Miozin və aktin liflərinin qeyri-düzgün paylanmaması səbəbindən, bu hüceyrələr ürək və skelet əzələsi üçün xarakterik olan eninəzolaqlı deyil, iyvarı formalıdırlar. Onlar da həmçinin mifilamentlərin bir-birinə nisbətən sürüşməsi hesabına qısalır. Lakin sürüşmə sürəti və ATF-ın parçalanması burda eninəzolaqlı əzələyə nisbətən 100-1000 dəfə aşağıdır. Bununla əlaqədar olaraq saya əzələ həm yorulmaya, həm də bədənin çox enerji itkisinə səbəb olmayan uzunmüddətli təqəllüsə daha yaxşı uyğunlaşmışdı.
Saya əzələnin yığılması (dartılması) zamanı onun gərginliyi əvvəlcə kəskin artır, sonra isə tədricən enir.
Saya əzələ özünün plastikliyi sayəsində həm qısalmış, həm də dartılmış vəziyyətdə tam boşala bilər (məsələn, sidik kisəsi). Arteriyaların, toxum axarlarının, həmçinin kirpikli əzələnin saya əzələsinin aktivliyi zəif və ya heç olmur. Bağırsaq əzələrindən fərqli olaraq onların fəallığı miogen təbiətli deyil, neyrogendir, başqa sözlə, bu əzələlərə vegetativ sinir sistemini sinirlərilə daxil olan impulslara əsaslanır.
Sinir impulsların daxil olması nəticəsində xaric olan mediatorlar diffuziya yolu ilə effektor hüceyrəyə daxil olur və onları fəallaşdırır – arterial və toxum axarlarında tetanusabənzər
144
yığılmasına səbəb olur. Damarın izolə edilmiş əzələsinə noradrenalin ilə təsir etdikdə düzlənmiş təqəllüsə səbəb olur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin