Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


(sinaps sonu) membran və 3. sinaptik yarıq sinaps boşluğu ayırd edilir (şəkil 6.10, 6.15). Şəkil 6.10



Yüklə 31,99 Mb.
səhifə91/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

170
(sinaps sonu) membran və 3. sinaptik yarıq sinaps boşluğu ayırd edilir (şəkil 6.10, 6.15).

Şəkil 6.10. Sinir lifi, sinir ucu və skelet əzələsi lifi arasındakı qarşılıqlı əlaqənin sxemi: 1-mielinli sinir lifi; 2-mediator qovuqcuqları ilə sinir ucu; 3-əzələ lifinin postsinaptik membranı; 4sinaps boşluğu; 5-əzələ lifinin sinapsönü membranı; 6-miofibrillər; 7-sarkoplazma; 8-sinir lifinin fəaliyyət potensialı; 9-postsinaptik potensial; 10-əzələ lifinin fəaliyyət potensialı.
Oyanmanın sinapslarda nəql olunmasının mediator mexanizmi. Formasına və ölçüsünə görə oxşar olan sinapslarda, impulsların kimyəvi ötürülməsində iştirak edən çox da böyük olmayan qovuqcuqlar olmasıdır.
Kifayət qədər toplanmış çoxlu məlumatlar sinaptik qovuqcuqlarda mediator maddəsi saxlanmasını təsdiq edir. Sinir-əzələ birləşməsinin mediatoru olan asetilxolin ifrazı porsiyalarla – kvantlarla baş verməsi təcrübə ilə təsdiq edilmişdir.
Sinaptik qovuqcuqlar çoxlu daha qatı asetilxolin (AX) mediatoru saxlayır. Sinapsin fəallığı zamanı AX xaric edilməsi üçün kalsi ionlar lazımdır. Ehtimal edilir ki, asetilxolin sintezi bu mediatorun çoxlu ehtiyatına malik sinaptik qovuqcuqlarda baş verir. Sakitlik vəziyyətində AX sintezi 4 nq/dəq sürəti ilə baş verir. Bu zaman
171
mediatorun 90% depoya keçir, 10% isə sinaptik yarığa ifraz olunur və sakitlik vəziyyətində postnaptik membrana təsir edərək minatur oyandırıcı postsinaptik potensial (OPSP) əmələ gəlməsinə səbəb olur. Normal şəraitdə hətta uzunmüddətli qıcıqlandırmadan sonra belə asetilxolinin depoda tam tükənməsi baş vermir.
Reseptor – bu müəyyən kimyəvi xassəsi olan postsinaptik membranın hissəsi olub, hansı ki, bu hissəyə peresinaptik qovuqcuqlardan gələcək mediatorun komplementar molekulu onunla birləşir. Bu vaxta qədər mərkəzi sinir sistemində bir neçə spesifik mediatorlar ayrılıb. Bunlara asetilxolin, dofamin, adrenalin, noradrenalin, serotonin və qamma amin yağ turşusu və s. aiddir.
Ləngiməni motoneyronun daxilinə elektrod qoymaqla onun bədənində yaranan potensialı qeyd etməklə müşahidə etmək olar.
LPSP-da birinci əlamət sinaptik ləngimənin OPSP-dan çox olmasıdır. Onurğa beynində LPSP birinci olaraq afferent impuls daxil olduqdan 1,5 ms baş verir. İkinci, LPSP-da qalxma fazası 1,5-2,0 ms, enmə fazası 3,3 ms olur. LPSP amplitudu da qradual xarakterə malikdir. LPSP üçün tarazlıq potensialı – 80 mB, sükunət potensialı – 70 mB, maksimal amplitudası isə 10 mB.
Oyandırıcı sinaps vasitəsilə aralıq neyron fəallaşdırılır və fəaliyyət cərəyanı aksonun hüceyrəsinə daxil olur və onun ucuna çatır. Sinaptik nahiyədə əvvəlcə aksonun ucunda zəif elektrik cərəyanı ilə müşahidə olunan depolyarizasiya baş verir. Bu spesfik ləngimə mediatorunun mobilizasiyasına və peresinaptik membrandan sinaptik yarığa ifrazına səbəb olur. Sonra bu mediator postsinaptik mediatorun ion keçiriciliyini dəyişir. Bu isə həmin membranın ionlara qarşı (K, Cl, Na) seçici keçiriciliyə səbəb olur və nəticədə ionların paylanması elektrik cərəyanın meydana gəlməsinə səbəb olur. Çoxlu mediatorların icərisində ləngidici mediator qamma amin yağ turşusudur (QAYT). Məhz Pürküne liflərinə QAYT ləngidici mediator kimi xidmət edir. Pürküne liflərində həcm vahidinə görə QAYT qatılığı, motoneyronlara nisbətən 5 dəfə, onurğa beyni düyünlərinə nisbətən 10 dəfə çoxdur.
Pessimum ləngiməni əksər hallarda «Vvedenski ləngiməsi» ad-
172
landırırlar. Onun mahiyyəti belədir: əgər saniyədə 40-70 ritmik qıcıq verməklə əzələ qıcıqlandırılırsa, tetanik təqəllüs müşahidə edilir.
Qıcığın sayını 110-130-a qədər artırdıqda tetanik təqəllüsdə olan əzələ boşalır. Qıcığın sayı yenidən azaldılarsa, əzələ təkrar tetanik təqəllüs edir. Əzələnin tetanik təqəllüsünə səbəb olan qıcıq sayını Vvedenski optimum («optimum» – ən yaxşı) qıcıq sıxlığı, əksinə, əzələnin boşalmasına səbəb olan qıcıq sayını pessimum («Pessimum» - ən pis) qıcıq sıxlığı adlandırır (şəkil 6.11).


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin