Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tapşırıqları. Dərslərdə qiymətləndirmə üçün müəllim tərəfindən hazırlanmış işçi vərəqindən istifadə etmək olar. İşçi vərəqindəki tapşırıqlar iki növə ayrıla bilər:
a) müəyyən konkret cavabı olanlar (testlər). Məsələn: (1və2 test)
b) problemlərə münasibətlərin, onların məqbul, ağlabatan şəkildə qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşırıqlar). Bu axırıncı tapşırıqlar müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərəfindən özünü dərk etmək üçün istifadə oluna bilər.
Şagirdin özünüqiymətləndirməsi.
Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. Lakin onlar məktəblilərin refleksiya, yəni suallara cavablar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şagirdlərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir, çünki bu iş məktəbliləri öz davranışına daha məsuliyyətlə yanaşmağa sövq edir, onlarda obyektivliyin tərbiyə edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir.
Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucbatından təhrif edilə bilər. Ancaq insanın öz-özünü necə gördüyünü müəyyən etmək daha vacibdir, çünki özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və fərd üçün zəngin informasiya mənbəyi ola bilər. Dərsə aşağıdakı suallar yazılmış kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür:
-
Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu?
-
Daha çox xoşlamadığınız nə idi?
-
Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz?
Şagirdin qrupdakı işini necə qiymətləndirməli?
Şagirdin qrupdakı işinin qiymətləndirməsini hər bir şagirdin qrupun işinin ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsasən müəyyənləşdirmək olar. Müəllim bütövlükdə qrupun aldığı balların miqdarını müəyyən edir. Məsələn, dörd nəfərdən ibarət qrupa 20, üç nəfərlik qrupa 15 bal verilir. Şagirdlər bu balları hər kəsin ümumi naliyyətdəki roluna, verdiyi töhfəyə əsasən müstəqil olaraq bölüşdürürlər. Qrupdakı işə görə alınmış ballara sinifdə aparılmış diskussiyada iştirak üçün müəllim tərəfindən verilmiş mükafat balını da əlavə etmək zəruridir. Balların yekunu xüsusi jurnala yazılır. Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün və ilin sonunda balların yekunu reytinq qiymətini təşkil edir ki, bu da şagirdlərin düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada təşəbbüsü öz üzərinə götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, qrupun işinə faiz hesabı ilə nə kimi töhfə verdiklərini elan edirlər; onlar təsadüfi qaydada cütlüklərlə bir-birinin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töhfəsi ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şagirdlər bir-birinin biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhvlərini aradan qaldırmaqda kömək edə bilərlər. Qrupun özünüqiymətləndirməsi üçün müəyyən formalı vərəqələrdən istifadə etməklə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə yetirdiyinə qiymət vermək olar.
Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri.
Dərslərin qiymətləndirilməsi zamanı əsas diqqət təkcə informasiyasının mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak etmək üçün zəruri olan bacarıqların mənimsənilməsinə yönəlir. Müasir vətəndaş cəmiyyətində bu bacarıqlar fəaliyyətin dörd növündə cəmlənir: tədqiqat (tənqidi təhlil); kommunikasiya (ünsiyyət, informasiyanın verilməsi və başa düşülməsi, əqidə); qərar qəbulu; fərdi və kollektiv fəaliyyətin təşkili. “Yanlış cavablar ola bilməz, onlar müxtəlif ola bilər” müddəası əsas prinsiplərdən biri olmalıdır. Bu prinsiplərin ardıcıl həyata keçirilməsi bir-birilə rəqabət aparmamağa, əksinə, əməkdaşlıq etməyə, ümumi mövqe işləyib hazırlamağa imkan verir. Ümumiyyətlə, fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə müəllim etibara, hörmətə əsaslanan əməkdaşlığa hazır olmalıdır.
Aşağıda qruplarda iş və təqdimatla iştirakın qiymətləndirilməsinin bəzi meyarları və şagirdlərin özünü qiymətləndirməsi üçün vərəqlər verilmişdir ki, müəllimlər bunlardan fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə istifadə edə bilərlər. Göstərilən meyarlara müəllimin lazım bildiyi başqa qiymətləndirmə parametrləri də əlavə edilə bilər.
Qruplarda işin qiymətləndirilməsi.
Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi meyarları:
-
Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi?
-
O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı?
-
Başqalarına mane olmadan işləyirmi?
-
O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi?
-
Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir?
-
Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək edirmi?
Suallar və tapşırıqlar
1. Təlimdə təkamül prosesi mövcud olur yoxsa onu doğuran səbəblər meydana çıxdıqdan sonra baş verir?
2. Konstruktiv öyrənmənin fəlsəfi mahiyəti nədən ibarətdir?
3. “Fəal inkişaf zonası”nın mahiyyətini aç.
4. Təhsilimizə interaktiv təlim üsullarının tətbiqini zəruri edən səbəblər hansılardır?
5. “Kub strategiyasını” hər hansı bir mövzunun tədrisinə tətbiq et.
6. Təlimin ənənəvi prinsipləri ilə yeni təlim texnologiyalarının prinsipləri arasında hansı oxşarlıq və fərqləer vardır?
7. İstənilən mövzuya yeni təlim texnologiyalarını tətbiq etmək olarmı?
8. “Sosial şagird” kimə demək olar?
Ədəbiyyat
-
Azərbaycan Respublikasının Konstitutsiyası. Bakı: Azərbaycan, 1996.
-
Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı. Azərbaycan Respublikası Nazirlər Kabineti 168 №li sərəncamı, 15 iyun 1999-cu il.
-
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının materialları. Bakı: Təhsil, 2003.
-
Ağayev Ə.Ə. Yeni təlim metod və texnologiyalarından istifadənin nəzəri və praktik məsələləri // Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Elmi əsərləri. Bakı, 2006, №1. səh. 29-44.
-
Beynəlxalq konfransın materialları. Bakı, 2006.
-
Bədiyev S.R.. Fəal təlim metodları. Fizikanın tədrisində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafında onlardan istifadə. Bakı: ADPU, 2005.
-
Bədiyev S.R.. Yeni təlim texnologiyaları dərslərdə. Şəki: 2006.
-
Delta Kappan. Konstruktivizm nəzəriyyəsi. /Beynəlxalq konfransın materialları. Bakı, fevral, 2004.
-
Əhmədov B.A., Rzayev A.Q. Pedaqogikadan mühazirə konspektləri. Bakı: Maarif, 1983.
-
Əhmədov H.H. Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.
-
Əbdəl-Həqq, İsmət. Müəllim hazırlığında konstruktivizm. Təcrübəni nəzəriyyə ilə əlaqələndirmək üçün düşüncələr. / Beynəlxalq konfransın materialları. Bakı: fevral, 2004.
-
Əhmədov A. 2009/2010-cu tədris ilində I siniflərdə dərs deyəcək müəllimlər üçün yeni təlim kurslarının tətbiqi üzrə təlim kursunun materialları. // Kurikulum. №2, 2009, səh. 35-54.
-
Hacıyeva T. Məktəbdaxili qiymətləndirmənin aparılması yolları. // Kurikulum. №2, 2009, səh. 11-21.
-
Hacıyev Z. Fəlsəfə. Bakı: Adiloğlu, 2001.
-
Həsənov M.M., Bəhmənova C. İbtidai siniflərdə fəal və interaktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri. (Metodik vəsait). Bakı: ADPU, 2009.
-
Hüseynzadə R.L. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi. Bakı, 1997.
-
İsmayılov F.Q. Müasir Qərb fəlsəfəsi. Bakı: Azərnəşr, 1991.
-
İsmayılov F.Q. XX əsr qərb fəlsəfəsi tarixi. Bakı: Təhsil, 1999.
-
İsmixanov M.A. Dərsdə şagirdlərin idrak fəaliyyətinin və yaradıcı müstəqilliyinin artırılması yolları// Azərbaycan məktəbi. Bakı, 1983, №7, s.21-27
-
Kərimov Y.S. Ana dilinin tədrisi metodikası. Bakı: Naşir, 2005.
-
Qədimova X. İnteraktiv təlim metodlarının tətbiqi yolları. Bakı: Nur, 2003.
-
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, 2003.
-
Mərdanov M.C.Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və islahat istiqamətləri. Bakı: Təhsil, 2005.
-
Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011.
-
Mərdanov M. C. Azərbaycan təhsili yeni uinkişaf mərhələsində. Bakı: Çaşıoğlu, 2009.
-
Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları. Bakı: Maarif, 1982.
-
Mehrabov A.O. Təlim prosesində konstruktiv öyrənmə modeli, idraki və sosial münasibətlərin formalaşma xüsusiyyətləri.// Azərbaycan məktəbi. 2005, №3, səh.24-34
-
Mehrabov A.O. və b. Pedaqoji texnologiyalar. Bakı: Mütərcim, 2006.
-
Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Bakı: Adiloğlu, 2005.
-
Məktəbdə vətəndaş təhsili. Metodik vəsait. Bakı: Nur, 2002.
-
Paşayev Ə.X., Rüstəmov F.Ə.Pedaqogika. Bakı: Çaşıoğlu, 2002.
-
Şorn F. və b. Fəal təlim. Bakı: 2003.
-
Talıbov Y.R. və b. Pedaqogika. Bakı: Maarif, 1993.
-
Təlimdə yeni metodlardan istifadə. Metodik tövsiyə. Bakı, 2003.
-
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010
-
Veysova Z. Məktəb müəllimləri üçün fəal təlim kuslarına giriş kursu. Uniseflə birgə layihə. Bakı: Meqa-Print, 2004.
-
Veysova Z. Fəal (İnteraktiv) təlim. Müəllimlər üçün vəsait. Unicef, 2009.
-
Varella F., D.RL. İnteraktiv tədris üçün təlim nəzəriyyələri. /
-
Beynəlxalq Konfransın materialları. Bakı, fevral, 2004.
-
Topçiyeva Ş.Ə. və b. Həyati bacarıqlara əsaslanan təhsil. V-XI siniflər. Bakı: Mütərcim, 2006.
-
Ситаров В.А.Дидактика. М.: Acadeмa, 2002.
-
Сластенин В.А., Исаев И.Ф., Шиянов Е.Н. Педагогика. М.: Академа, 2000.
MÜNDƏRİCAT
Dərsliyin məqsədi və strukturu haqqında 5
PEDAQOGİKANIN NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ
I FƏSİL
Pedaqogika elmi haqqında ümumi anlayış 10
1.1.Elm anlayışı. 11
1.2.Pedaqogika nəzəri və tətbiqi elmdir. 17
1.3.Pedaqogika nəyi öyrənir: pedaqogika elminin
obyekti və predmeti. 24
1.4.Pedaqogikanın anlayışlar sistemi. 26
1.5.Pedaqoji cərəyanlar. 32
1.6.Pedaqogikanın başqa elmlərlə əlaqəsi. 37
1.7. Pedaqogikanın sahələri (və ya pedaqogikada diferensiya
prosesləri). 44
II FƏSİL
Pedaqoji elmin mənbələri. Pedaqogiaknın metodologiyası
və tədqiqat metodları 50
2.1. Pedaqoji elmin mənbələri. 51
2.2. Pedaqogikanın metodologiyası. 52
2.3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi
xüsusiyyətləri. 58
2.4. Pedaqoji tədqiqatların texnologiyası (və ya tədqiqatın
metodoloji aparatı). 75
III FƏSİL
Şəxsiyyətin inkişafı və formalaşması məsələləri 82
3.1. Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə. 83
3.2. Şəxsiyyət, onun inkişafı və tərbiyəsi. 87
3.3. Şəxsiyyətin pedaqoji-psixoloji xüsusiyyətləri. 89
3.4. Şəxsiyyətin strukturu 90
3.5. Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı konseptual fikirlər 91
3.6. Şəxsiyyətin inkişafı və tərbiyəsində irsiyyətin rolu. 97
3.7. Şəxsiyyətin inkişafı və tərbiyəsində mühitin rolu.. 100
3.8. Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin rolu. 103
3.9. Şəxsiyyətin inkişafı və tərbiyəsində “Qoşa amil” nəzəriyyəsi 106
3.10. Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu. 108
IV FƏSİL
Pedaqogikada yaş dövrləri və onların pedaqoji psixoloji
xüsusiyyətləri 125
4.1.İbtidai icma quruluşunda, quldarlıq dövründə, antik yunan
fəlsəfəsində yaş dərəcələri 126
4.2.Azərbaycan xalq pedaqogikasında yaş dərəcələri 130
4.3.Şərq və Qərb pedaqoji fikrində yaş dərəcələri. 132
4.4. Müasir pedaqogika elmində yaş dərəcələrinin ümumi pedaqoji, psixoloji xüsusiyyətləri 137
V FƏSİL
Müəllimin pedaqoji fəaliyyətinin xüsusiyyətləri 150
5.1. Pedaqoji fəaliyyət. Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri 151
5.2. Pedaqoji peşənin prinsipləri 157
5.3. Müəllimlik peşəsinə verilən pedaqoji tələblər 161
5.4. Müəllim-şagird münasibətlərinin formaları 164
5.5. Müəllim-şagird münasibətlərində əməkdaşlıq növləri 168
5.6. Müəllimlik peşəsində pedaqoji bacarıq və vərdişlər 175
5.7. Pedaqoji prosesdə müəllimin pedaqoji mərifəti 177
5.8. Müəllimin pedaqoji qabiliyyətləri 181
5.9. Müəllimin pedaqoji ustalığı 186
VI FƏSİL
Pedaqoji proses 193
6.1. Pedaqoji proses haqqında ümumi anlayış 194
6.1.1. “Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbiyə” anlayışlarının qarşılıqlı səciyyəsi 194
6.1.2. “Pedaqoji proses” anlayışının “Sistem” anlayışı vasitəsi ilə interpretasiyası 196
6.2. Pedaqoji prosesdə ziddiyyətlər 206
6.3. Pedaqoji prosesin qanunauyğunluqları 209
6.4. Pedaqoji prosesin prinsipləri haqqında 213
6.5. Pedaqoji prosesin mərhələləri 218
6.6. Pedaqoji prosesin texnoloji əsasları 220
6.7. Pedaqoji ünsiyyətin texnologiyası 228
6.8. Pedaqoji innovasiyalar 232
6.9. Pedaqoji sistemin optimallaşdırılması 234
DİDAKTİKA: TƏHSİL VƏ TƏLİM HAQQINDA NƏZƏRİYYƏ
VII FƏSİL
Didaktika təhsil və təlim haqqında nəzəriyyədir 240
7.1. Didaktika anlayışına verilən şərhlər. 241
7.2. Didaktikanın inkişafı 241
7.3. Didaktikanın qolları və əsas anlayışları 248
7.4. Didaktikanın və idrak nəzəriyyəsi 250
7.5. Didaktikanın problemləri 252
VIII FƏSİL
Azərbaycan Respublikasının təhsil sistemi 255
8.1. Təhsil haqqında anlayış 256
8.2. Azərbaycanda təhsilin əsas məqsədi 265
8.3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 265
8.4. Təhsil sistemi anlayışı 266
8.5. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər. 268
8.6. Təhsilin və təhsilalmanın formaları 269
8.7. Təhsil müəssisəsi 269
8.8. Təhsilin pillələri və səviyyələri 271
8.8.1. Məktəbəqədər təhsil 271
8.8.2. Ümumi təhsil 272
8.8.3. İlk peşə-ixtisas təhsili 274
8.8.4. Orta ixtisas təhsili 274
8.8.5. Ali təhsil 275
8.8.6. Doktorantura 282
8.8.7. Əlavə təhsil 292
8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi 299
8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri 299
8.9.2. Təhsil prosesinin iştirakçıları 302
8.9.3. Təhsilalanların hüquq və vəzifələri 303
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri 304
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin
hüquq və vəzifələri 306
8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi 307
IX FƏSİL
Xüsusi və əlavə təhsil 310
9.1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) 311
9.2. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə. 317
9.3. Əlavə təhsil. 324
X FƏSİL
Təhsil sahəsində dövlət standartları, təhsil proqramı,
tədris planı, tədris proqramı və tədris ədəbiyyatı 345
10.1.Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum)..346
10.2.Ümumi orta təhsilin məzmunu. 352
10.2.1.Təhsilin məzmunu. 352
10.2.2.Azərbaycanda ümumi orta təhsilin məzmunu
sahəsində islahatlar. 356
10.3.Tədris planı. 369
10.4.Tədris fənni. 370
10.5.Tədris proqramları. 371
10.6.Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti. 372
XI FƏSİL
Təlim prosesini ümumi məsələləri 393
11.1. Təlim prosesi bir sistem kimi. 394
11.2. Təlimin fəlsəfi əsasları. 403
11.3. Təlimin məntiqi əsasları 414
11.4. Təlimin psixoloji əsasları. 418
11.5. Təlim prosesində əsas pedaqoji ziddiyyətlər 435
11.6. Təlim motivləri. 437
11.7. Təlim prosesinin funksiyaları (vəzifələri) 439
XII FƏSİL
Təlim prosesinin mərhələləri və altsistemləri 446
12.1. Təlim anlayışının mürəkkəbliyi və başlıca vəzifələri. 447
12.1.1. Yeni tədris materialının qavranılması 447
12.1.2. Bilik, bacarıq və vərdişlərin formalaşması 448
12.1.3. Bilik, bacarıq və vərdişlərin tətbiqi 450
12.1.4. Təlimdə müvəffəqiyyətin hesaba alınması
və qiymətləndirilməsi 450
12.2. Mükəmməl təlim sisteminin altsistemləri. 451
12.2.1. Bilik və fəaliyyət üsullarının əsasən hazır ötürülməsini
özündə ehtiva edən altsistem. 451
12.2.2. Problemli öyrənməni özündə ehtiva edən altsistem 458
12.4. “İmkan-hərəkət-yeni keyfiyyət” dəyişməsi variantının
işlənməsi və seçim şərtləri 473
XIII FƏSİL
Təlim sisteminin invariantları. Təlimin prinsipləri, amilləri və şagirdlərin, müəllimlərin fəaliyyət modelləri 486
13.1. Təlim sisteminin ümumpedaqoji invariantları və onlardan
irəli gələn prinsiplər. 487
13.2. Təlim sisteminin spesifik invariantları və onlardan
irəli gələn prinsiplər 491
13.3. Nəzəriyyədə və praktikada özünə yer almış bəzi ümumpedaqoji
və spesifik prinsiplərin interpretasiyası. 492
13.4. Təlim prosesində əsas amillər. 509
13.5. Təlim prosesində şagirdin idrak fəaliyyəti modeli 513
13.6. Təlim prosesində müəllimin fəaliyyəti modeli 520
XIV FƏSİL
Təlim sisteminin komponentləri 527
14.1. Təlim materialının məzmunu. 528
14.2. Təlimin priyomları 530
14.2.1.Şagirdlərin təlim fəaliyyətinin idarəolunan prosesə
çevrilməsində priyomların rolu və onların inkişaf etdirilməsi 530
14.2.2. İnteraktiv təbiətli priyomlar 544
14.3. Təlimin təşkili formaları 546
14.3.1. Müəllimin dərsə hazırlanması və dərsin planlaşdırılması. 559
14.4. Qiymətləndirmə təlim sisteminin əsas komponentlərindən
biri kimi. 569
14.5. Təlim metodları. Ənənəvi təlim metodlarının
nomenklaturası və təsnifatı 576
14.5.1. Ənənəvi təlim metodlarının səciyyəvi xüsusiyyətləti 594
14.6. Vasitələr sistemi 611
14.6.1. Suallar və onların təlimdə yeri 611
14.6.2. Məsələ və ondan istifadə olunması 613
14.6.3. Biliklərin tətbiqi, bacarıq və vərdişlərin formalaşmasına
yönələn çalışmalar sistemi. 616
14.6.4. Əyaniliklə sözün vəhdəti. 617
XV FƏSİL
Yeni təlim texnologiyaları. Fəal və interaktiv təlim 621
15.1. Yeni təlim texnologiyalarının mahiyyəti. Ənənə və müasirlik 622
15.2. Yeni təlim texnologiyalarının prinsipləri 627
15.3. Ənənəvi təlimdən fəal və interaktiv təlimə 632
15.4. Fəal və interaktiv təlim metodlarının səciyyəsi 638
15.5. İnteraktiv təlim metodu ilə keçirilən dərslərin mərhələləri və səciyyəvi xüsusiyyətləti 646
15.6. İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu 652
15.7. Dərsdə şagirdlərin qiymətləndirilməsi 693
Firədun Nadir oğlu İbrahimov
Pedaqogika üzrə elmlər doktoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü (Moskva), Əməkdar müəllim.
Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
PEDAQOGİKA
Dərslik
Bakı- “Mütərcim” – 2012
Чапа имзаланыб: ***
Формат: 60x90 1/16. Гарнитур Тимес.
Щяъми: 2,75 ч.в. Тираж ***. Сифариш № ***.
Гиймяти мцгавиля иля.
«Мцтяръим» Няшриййат-Полиграфийа Мяркязи
Бакы, Рясул Рза кцч., 125
тел./факс (99412) 596 21 44
e-mail: mutarjim@mail.ru
Dostları ilə paylaş: |