Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə17/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   109
STRATEJİ MENECMENT (1)

3.2. Strateji təhlilin əsas metodları

Strateji planlaşdırma nəzəriyyə və praktikasında strateji təhlil metodunun dəqiq təsnifatı yoxdur (bəzən bu metodlara model də deyilir). Eyni zamanda bu və ya digər metodun strateji təhlilə və yaxud strateji seçimə aid edilməsi şərti xarakter daşıyır. Ona görə metodlar, modellərin özləri universal xarakter daşıyırlar. Strateji təhlildə yuxarıda qeyd edildiyi kimi əsas diqqət keyfiyyəti və prosesin mahiyyətini müəyyən edən amillərə yönəldilir. Strateji təhlilin kəmiyyət metodları köməkçi rola malik olur.
Strateji təhlilin praktikada daha geniş istifadə edilən aşğıdakı metodlarını ətraflı nəzərdən keçirək.
Portfel təhlil
Portfel təhlil aşağıdakılara əsasən qurulur: ehtiyatların (resursların) bölgüsü müəssisənin fəaliyyətini istiqamətləndirən optimal struktura müvafiq həyata keçirilməlidir (ümumilikdə maksimal gəlir imkanları nöqteyi nəzərincə).
Portfel təhlilin üstünlüklərinə keyfiyyətin artırılmasını təmin edən və məlumatların işlənilməsinin sadə istiqamətlərini aid etmək olar.


Boston məsləhət qrupunun matrisası (BMQ).

Strateji seçim praktikasında Boston məsləhət qrupunun (BMQ) tərtib etdiyi ən geniş istifadə olunan iki ölçülü matrisadır. Ona görə də bu matrisa daha çox “Boston Məsləhət Qrupu“ və yaxud BMQ adı ilə məşhurdur. Bu matrisa müəs­si­sə­yə əsas rəqiblərinə nisbətən onun payına düşən məhsulu təs-n­if­ləş­dirməyə, illik inkişaf tempini müəyyənləşdirməyə, rəqibi ilə müqayisədə müəssisənin hansı məhsulunun bazarda aparıcı mövqeyə malik olmasını müəyyən etməyə, onun təmsil olunduğu bazarın dinamikasını, strateji maliyyə ehtiyatlarını, məhsullar arasında əvvəlcədən bölgünün aparılmasına imkan verir. Matrisa bazarda məhsul payının nə qədər çox olması (istehsal həcminin nə qədər çox olması), məhsul vahidinə çəkilən xərclərin xüsusi çəkisinin nə qədər az və ya istehsal olunan məhsul həcminə qənaət edilməsi hesabına mənfəətin yüksək olması prinsipinə müvafiq qurulur.


BMQ matrisası bütün portfel üçün tərtib edilir, bu zaman bütün məhsullar üçün aşağıdakı məlumatlara malik olmaq lazımdır:

  • Dəyər formasında satışın həcmi- bu matrisada dairəvi sahə kimi təsvir olunur;

  • Böyük rəqiblərə nisbətən bazarda məhsul payı- bu matrisada dairənin horizontal vəziyyətini müəyyən edir;

  • Müəssisənin öz məhsulu ilə fəaliyyət göstərdiyi bazarın inkişaf tempi- matrisada dairənin vertikal vəziyyətini müəyyən edir.

BMQ matrisasının interpritasiyasının əsasını aşağıdakılar təşkil edir:

  • Birincisi, müəssisənin ümümi gəliri və ümümi mənfəəti müəssisənin bazarda payının artmasına proporsional olaraq artır;

  • İkincisi, əgər müəssisə bazardakı payını artırmaq istəyirsə, onda əlavə vəsaitə tələb bazarda onun artım tempinə proporsional artır;

  • Üçüncüsü, hər bir bazarın inkişafı son nəticədə o vaxt azalır ki, məhsul həyat tsiklinin yetkinlik dövrünə (tsiklinə) yaxınlaşır. Bu zaman müəssisə bazarda tutduğu mövqeyi və gəlirini itirməmək üçün bazara məhsulların içərisindən istehlakçıların tələblərini ödəyən, inkişafa meyilli məhsulları seçir və onu bazara yönləndirir.

Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, matrisa strateji zonalara müvafiq olan məhsulların növlərinin aşağıdakı təsnifatını təklif edir: “Ulduz”, “Mars”, “Ay” və “Venera” (verilən adlar sinvolikdir). Bu təsnifat aşağıda verilmişdir.



İnkişaf tempi

Yuxarı




“Ay”

Aşağı

“Mars”

“Venera”




Yuxarı

Aşağı

“Ulduz”



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin