Sxem 3.2. Mak-Kinsey 7-S modeli
|
Bu modelin ideası ondan ibarətdir ki, seçilmiş strategiya müəssisənin təqdim olunmuş kateqoriyasını idarə edir və strategiyaya uyğundur. Bu modelin əhəmiyyəti aşağıdakılar ilə əlaqədardır:
Birincisi, bu model nəinki planlaşdırma üçün yalnız maliyyə göstəricilərinin işlənilməsini, eyni zamanda işin keyfiyyəti, işçilərin kvalifikasiyası (vərdişləri), insan münasibətləri və müəssisə iştirakçılarının "birgə dəyərlər" və “təşkilatın mədəniyyəti” mahiyyətində əks olunan göstəricilərin zəruriliyini nümayiş etdirir.
İkincisi, model strategiya qəbul olduqdan sonra müəssisənin daxili fəaliyyətinin ardıcıllığını müəyyən edir:
Seçilmiş strategiyaya uyğun olaraq istehsal mədəniyyəti və vərdişləri üçün zəruri olan müəssisənin iki əsas daxili amilinin planlaşdırılması;
İstehsal mədəniyyəti və vərdişləri elementlərindən ikinci dərəcəlinin müəyyən edilməsi:
Struktur: təşkilati sxem, iş haqqında məlumatın təsvir edilməsi;
Sistem: müəssisədə iş axını, işin yerinə yetirilməsi proseduru, uçot və nəzarət;
Əməkdaşlar: təşkilat hansı işçilər və hansı sayda ona lazım olduğunu müəyyən edir.
İş stili: rəhbərin şəxsi iş stili (forması), təşkilatın iştirakçılarının fəaliyyət xarakteri.
Mak-Kinseyin 7-S modelində planlaşdırma prosesidə əməkdaşlar arasındakı əlaqə və razılıq, onların maraqları, müəssisədə əməkdaşların fəaliyyətinin bütün tərəflərinin nəzərə alınması kimi istiqamətlər nəzərdə tutulur.
PİMS modeli
Strateji təhlilin (seçimin) yuxarıda baxılan bütün modelləri iqtisadi və induktiv təhlilə əsaslanır. Bu modellərin heç biri qərarların formalaşdırılması proresinə tam təsir etmir. Strateji təhlilə formal yanaşan model PİMS modelidir ("marketinq strategiyasının mənfəətinə təsir edən"). Reqressiv model çərçivəsində nəinki rentabellik ilə daha çox qarşılıqlı əlaqədə olan amillər və eyni zamanda onların müəssisədə əsas fəaliyyətinə təsir etmə dərəcəsi müəyyən edilir. İlk olaraq bu General Elektric şirkətinin məlumatları əsasən qurulmuşdur. Sonra, bu məlumatlara əlavə olaraq digər çoxlu korporasiyaların göstəriciləri əlavə olundu. Bu modelin fəaliyyət göstərməsi üzrə tərtib olunmuş layihəyə rəhbərlik etmək üçün strateji planlaşdırma institutu yaradıldı. Qeyd olunan modellərin iştirakçılarının (siniflərinin) sayının daimi artdığı üçün bu modelin məlumat bazası daimi artmağa və genişləndirilməyə başladı. Hal-hazırda modelin məlumat bazasını 3000CXII material (əsasən Şimali Amerika və Avropa ölkələrinin) yüzlərlə şirkətlərinin materiallarından ibarətdir.
Beləliklə, öz biznes fəaliyyəti haqqında məlumat verən şirkət (bu göstəricilərə biznesin carı texniki-iqtisadi və mühasibat göstəriciləri, xidmət etdikləri bazarların, liderlik edən müəyyən rəqib müəssisələr və s.) onun əvəzində tətbiq etdiyi modelləri daha səmərəli istifadə etmək üçün məlumat və eyni zamanda hesabat göstəriciləri əldə edir.
Bunun mahiyyəti ondan ibarətdir ki, şirkətlər modelin hesabladığı göstəriciləri faktiki göstəricilər ilə müqayisə edərək uğurlara nail olmaq üçün hansı strateji fəaliyyət istiqamətini tətbiq etməyi müəyyən edirlər.
Baxdığımız modeldə əsas funksiya investisyanın mühasibat rentabelliyidir. Bu rentabellik mənfəətdən korporativ gəlirləri çıxdıqdan sonra əsas və dövriyyə vəsaitlərinin qalıq dəyərinə və nağd gəlir axınına nisbəti ilə hesablanır. Hər bir biznes modeli 30-dan çox amil ilə xarakterizə olunur, yəni təsvir edilir. Bütün amillər üç əsas bloka bölünə bilər: bunlara konkret vəziyyət (situasiya), istehsalatın strukturu və bazar vəziyyəti (situasiyası) aid edilir. Hər bir blokda bir neçə dəyişənləri sadalamaq olar.
Birinci blokda – Bazar payı, məhsulun bazar payına nisbətində və məhsulun keyfiyyətinə nisbətdə, bunlardan hər hansı birinin artması gəlirliyə müsbət təsir göstərir.
Dostları ilə paylaş: |