Top menecerlərin dəyərlərinin daxili sistemi onların fərdi sahibkarlıq hissləri, peşəkarlıq məqsədləri və rəhbərin imkanları ilə müəyyən edilir. Bunlar yüksək rəhbərliyin dəyərlərinin zamana və planlaşdırmaya yanaşmalarda olan dəyişilikləri stimullaşdırır.
Xarici dəyərlər sistemi- Top menecerin aldığı təhsil, təhsilin səmərəliliyi və planlaşdırma sistemi. Bu dəyərlər top menecerin xarici işgüzar mühitdə məhsul istehsalı prosesində bilavasitə iştirakı olduğu səviyyəyə görə təyin edilir, daxili dəyərlənmə sistemi ilə fərqlənirlər. Xarici və daxili dəyərlənmələr arasındakı razılaşmanın olmaması strateji idarəetmə prosesində nəzərdə tutulan dəyişiliklərin həyata keçirilməsinə müqavimət göstərə bilər. Qeyd etmək lazımdır ki, yüksək rəhbərliyin dəyərləri konkret top menecerlərin müxtəlif formada yanaşmasına baxmayaraq, onlar müəyyən fəaliyyət, təcrübə və vərdişlərə malikdir. Bu daha çox iqtisadi hədəflərə və yaxud sosial məqsədə uyğun məsuliyyət istiqamətləri ilə əlaqəlidir.
Sxem 4.2. Yüksək rəhbərliyin dəyərləri, müəssisənin məqsədi və missiyasının qarşılıqlı əlaqələrinin xarakteristikası
Hər bir top menecerin yüksək rəhbərlik sisteminin nəticəsi kimi özünün fərdi professional məqsədlərini formalaşdırır, beləki, hər bir menecer özünün konkret dəyərlərini əhəmiyyətlilik dərəcəsinə görə intutiv təsnifləşdirir. Aşağıda yuxarı idarəetmə personalları arasında aparılan sosioloji nəticələr göstərilmışdir.
Menecer öz işçisini adətən üç qrup -nailiyyət, iqtisadi təhlükəsizlik və kompakt amillərin toplusuna görə təyin edir.
Nailiyyət menecerin iş yerində həyata keçirdiyi fəaliyyət növlərinin potensional mənimsəməsi ilə bağlıdır. İqtisadi məqsəd il ərzində menecerin pul şəklində gəlirlərinə əsasən menecerin aid olduğu yaşayış tərzinə müvafiq sinifə uyğundur.
Cədvəl 4.1. AFR-nın şirkətlərinin rəhbərlərinin hədəflərinin (orentasiyasının) dəyərləri
Dostları ilə paylaş: |