“C” mövqeyində olan şirkət bu və ya digər strategiyanın tərəfdarı deyildir. M.Porterin deyiminə görə bu şirkət yarı yolda ilişib qalır “Diferensasiyanın çatışmamazlığı” sahə üzrə qiymətin orta göstəricisindən yuxarı qaldıra bilməməsidir, ancaq səmərəlilik isə maya dəyərinin yüksəlməsinə gətirib çıxarır.
“D” mövqeyində olan şirkət əlverişli mövqedə olur, yəni o bu və ya digər strategiyada üstünlüyə malikdir. Diferensasiya imkanlarına malik olan şirkət daha yüksək qiymətin qoyulması siyasətini aparır və eyni zamanda bununla yanaşı maya dəyəri ilə əlaqədar olan səmərəlilik üstünlük təşkil edir. Qeyd etmək lazımdır ki, şirkətdə hər iki strategiyanın üstünlüklərindən istifadə etmək çox çətindir. Ona görə ki, diferensasiya adətən məhsulun təkmilləşdirilməsini zəruri edir, bu isə öz növbəsində xərclərin artırılmasına səbəb olur. Əksinə, sahədə ən aşağı maya dəyərinə nail olmaq üçün şirkətdən diferensiallaş-dırmadan uzaqlaşaraq məhsulun standartlaşdırılmasına üstünlük verilməsi tələb olunur. Çox hallarda hər iki strategiyanı qəbul edən istehsalın təşkilinə qoyulan tələblərin üst-üstə düşməməsi və ya əks olması bir sıra çətinliklər yaradır.
Rəqabət strategiyası.F.Kotler müəssisəyə aid olan bazar payına əsaslanaraq rəqabət strategiyalarının klassifikasiyasını tərtib etmişdir .
1. Liderlik strategiyası. Şirkət -bazarda liderlik edən məhsul üstün mövqeyə malik olur və bu mövqeyi bütün rəqiblər qəbul edirlər. Lider şirkətin tabeliyində alternativ strategiyalar toplusu olur:
İlkin təlabatın genişləndirməsinə, məhsullara yeni təlabatçıların tapılmasına, məhsulun müxtəlif sahələrdə istifadə edilməsinin genişləndirilməsinə istiqamətlənib;
Müdafiə strategiyası - adətən bu strategiyadan yenilikçi şirkətlər bazarda daha güclü rəqiblərdən öz payını qorumaq üçün istifadə edirlər;
Hücum strategiyası- şirkət qazandığı təcrübədən maksimum geniş və səmərəli istifadə edərək rentabelliyini yüksəltməkdən ibarətdir. Ancaq, təcrübə göstərir ki, bunun müəyyən həddi var, şirkət bu həddi keçdikdə onun bazarda payının artırılması əlverişsiz olur;
Demarketinq strategiyası monopolistlərin təsirindən uzaqlaşmaq üçün bazarda şirkətin öz payının azaldılması ilə əlaqəlidir.
2. “Çağırış edən” strategiya- bazarda hökmranlıq mövqeyinə malik olmayan şirkətlər liderlərə hücumu yəni, onlara etiraf edə bilərlər. Bu strategiyanın məqsədi bazarda liderin yerini tutmaqdır. Bu zaman iki vacib məsələnin həlli həlledici olur. Liderə hücum etmək üçün mövqe seçməli və rəqibin imkanlarını, göstərdiyi reaksiyanı və müdafiəsini qiymətləndirmək lazımdır.
3. “Liderin arxasınca” strategiyası-bu bazarın böyük olmayan payında adaptasiya olmaq (uyğunlaşmaq) üçün aparılan rəqabətdir, bu zaman şirkət öz qərarlarını rəqiblərin qərarları ilə razılaşdırır. Bu strategiyaya kiçik biznesi olan kiçik müəssisələr üçün daha çox xarakterikdir. Ona görə də aşağıda kiçik müəssisələr üçün daha müqabil gəliri təmin edən, mümkün olan alternativ strategiyaları nəzərdən keçirək: