Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


Məhsulun həyat tsiklindən asılı olan strateji seçim modeli



Yüklə 1,42 Mb.
səhifə51/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   109
STRATEJİ MENECMENT (1)

5.3. Məhsulun həyat tsiklindən asılı olan strateji seçim modeli

Müəssisənin ən başlıca strateji məsələsi fəaliyyət istiqa­məti üzrə nəzərdə tutduğu biznes sferasını seçmə problemidir. Bu isə qısa müddətli və uzun müddətli gəlirlər arasında tarazlığın təmin edilməsi ilə əlaqədardır. Bu tarazlıq hər şeydən əvvəl məhsulların həyat tsiklinin balanslaşdırılması hesabına mümkün ola bilir, yəni müəssisənin gücünü ardıcıl olaraq həyat tsiklinin müxtəlif fazasında olan məhsul istehsalının təmin edilməsində cəmləşdirməkdir.












Müəssisə 1
məhsul 1
məhsul 2
məhsul 3
Müəssisə 2
məhsul 3
məhsul 2
məhsul 1



Həyat tsiklinin fazalarının üst-üstə düşməsi


Fazalar üzrə həyat tsiklinin balanslaşdırılması



Şəkil 5.11. Müəssisənin iki növ məhsulunun müqayisə edilməsi

Şəkildən göründüyü kimi 1-ci müəssisədə 2-ci müəssisəyə nisbətən qısa müddətli perspekiv vəziyyət daha yaxşıdır, çünki onun məhsulları həyat tsiklinin bir fazasında yerləşir. Eyni zamanda nəzərə almaq lzımdır ki, müəssisənin bütün məhsul­ları üzrə satış həcmi eyni tendensiya ilə xarakterizə olunur, bu isə zamanın istənilən anında müəssisənin gəlirlərinin maksimum olmasına səbəb olur.


Digər tərəfdən, əgər uzun müddətli dövr üçün baxılsa, onda birinci müəssisənin iflasını gözləmək olar. Ona görə ki, onların xidmət etdiyi məhsul praktiki olaraq eyni zamanda tənəzzül fazasına daxil ola bilər.Bu halda məhsulun həyat tsiklini balanslaşdırmaq, yəni tarazlaşdırmaq lazımdır. Hər bir məhsulun fazalar üzrə hərəkətini təmin etməklə məhsul satışının həcminin yüksəldilməsi üçün müəyyən şərait yaratmaq lazımdır. Bu o deməkdir ki, məhsulun inkişaf fazasından tənəzzül fazasına keçid anında müəssisə gücünü digər məhsul istehsalına yönəltməli,artım fazasından inkişaf fazasına keçidi təmin etməlidir.
Beləliklə, aydın görünür ki, məhsulun həyat tsikli korporativ strategiyanın seçilməsinə böyük təsir göstərir. Məhsulun həyat tsiklindən asılı olan eyni tipli strategiya toplusunu aşağıdakı matrisada göstərmək olar.
İnkişaf mərhələsində, adətən, bir sıra şirkətlər bazarda əhəmiyyətli pay əldə edirlər. Bazarda yüksək xarakteristikalara və keyfiyyətli məhsula malik olan yeni rəqiblərin yaranması çox hallarda şirkətlərin fəaliyyətinə təsir göstərir. Bu halda biznes gücü kifayət qədər böyük olan şirkət yalnız marketinq fəaliyyəti vasitəsilə bazar payının çoxalmasına diqqətini artırmalıdır.
Orta üstünlüyə malik olan şirkət də bazar payının artırılmasına cəhd etməlidir, o bunu yalnız marketinq yolu ilə deyil, eyni zamanda bir sıra riskli məhsul alma əməliyyatları hesabına da aparmalıdır. Hansı şirkətin gücü çox aşağıdırsa, onda bu kompaniyanın strategiyası keçmiş mövqeyə qayıtmaq imkanını artırmalı və yaxud şirkətin sahəni tərk etmək yolunu müəyyən etməlidir.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin