Xərclərin təftişi. Müəssisə rəhbərinin məqsədi bu fazada əsas diqqətini tez realizasiya edilən məhsulların xərc elementlərinin azaldılmasına yönəltməkdir. Bu, işçi heyyətinin və onun saxlanılması xərclərinin (əsasən inzibatçıların), elmi tədqiqat və təcrübə sınaq işləri xərclərinin azaldılması, üstəlik xərclərin, marketinq məlumatları ilə əlaqədar xərclərin minimuma endirilməsi, məhsul ehtiyatlarının nəzərə çarpacaq dərəcədə aşağı salınması və s. hesabına mümkündür. Bu zaman müəssisənin iqtisadiyyat xidmətləri əsas idarəedici mərkəz olaraq müəssisə və onun ayrıca bölmələri üçün ciddi qənaət proqramı hazırlayır. Bu qənaət proqramı qısa müddətli (bir neçə ay üçün) və uzunmüddətli ola bilər.
Bu fazada müəssisə rəhbəri iki vacib vəziyyətə mütləq diqqət yetirməlidir.
Qənaət yanlız işçi heyyətinə görə ola bilməz, çünki həmkarlar təşkilatları ilə müəyyən münaqişələr yarana bilər;
Ciddi qənaət proqramı- bu əsas məqsəd deyil, bu proqrama inkişaf tsiklinə keçid fazasının başlanğıcında mütləq baxılmalı, yəni satış həcminin artırılması, gəlir və əmək məhsuldarlığının yüksəldilməsi (müəssisənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması) amilləri nəzərdən keçirilməlidir.
Konsolidasiya. Bu faza müddətində müəssisə iqtisadi fəaliyyətin dirçəldilməsi vaxtını, sürətini, xərclərə qənaətetmə, idarəetmənin təkmilləşdirilməsi və gəlirin artırılması üzrə proqramı hazırlamalıdır.
Aydındır ki, müəssisənin fəaliyyətini təşkil edib canlandırılması prosesi yalnız onun daxili imkanları hesabına deyil, eyni zamanda xarici şəraitdən də (müəssisənin daxili imkanları və işguzar fəallıq tsikli xarici amillərdən asılı olaraq stabilləşdirilir) asılıdır. Adətən, müəssisənin fəaliyyətinin stabilləşdirilməsi və gəlirlik səviyyəsinin yaxşılaşdırılması hər bir struktur bölməsi üçün hazırlanmış konkret, real qısa müddətli proqramlarda öz əksini tapır.
Müəssisə səviyyəsində bu faza ilə bağlı məsələlər aşağıdakı formada müəyyən edilə bilər: