Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə66/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   109
STRATEJİ MENECMENT (1)

Əsas nəticələr.

  1. Strateji planlaşdırma və idarəetmənin təcrübə və nəzəriyyəsində müxtəlif strateji seçmə modellər hazırlanıb və istifadə edilir. Bunlardan ən çox məhşur olanlara İ.Ansoffun imkanlar matrisasını, H.Steynerin “bazar məhsul” matrisasını, M.Porterin rəqabət strategiya modelini, F.Kotlerin rəqabət strategiyasının seçim modelini, müəssisənin inkişaf tsiklinə əsasən strateji seçim modelini aid etmək olar.

  2. İ.Ansoffun imkanlar matrisasında bazarda müəssisənin payının saxlanılması və genişdirilməsi üçün strategiyanın dörd əsas variantından istifadə edilməsinə baxılır. Bu variantlarda aşağıdakı strategiyalar istifadə edilir:

  • Bazara daxil olma strategiyası;

  • Bazarın inkişaf strategiyası;

  • Yeni malların hazırlanması strategiyası;

  • Deferensiallaşdırma strategiyası.

  1. H.Steyner tərəfindən təklif olunmuş “bazar-məhsul” matrisası bu və yaxud digər strategiyanın seçilməsində, müəssisənin fəaliyyətində ehtimal olunan uğurları müəyyən etmək üçün, eyni zamanda biznesin formasının müəyyən ediməsində istifadə edilə bilər.

  2. F.Kotler tərəfindən təklif olunan strateji seçim metodu konkret strategiyanın hazırlanması ilə əlaqədar olub, bazarda müəssisəyə məxsus olan paya əsaslanır.

  • “Lider” strategiyası;

  • “Çağırış edən” strategiya;

  • “Liderin arxasınca” strategiyası;

  • “Mütəxəsis” strategiyası.

  1. Milli iqtisadiyyatın müxtəlif elementlərinin inkişaf tsiklinin xarakteri ilə əlaqədar olan strateji seçim modeli iqtisadi tsikl, sahə tsikli, inkişaf tsikli və istehsal olunan məhsulların hə­yat tsiklinin nisbətlərindən asılı olan inkişaf strategiyasının fərq­li topluların hazırlanmasını nəzərdə tutur. Buna ən xara­kt­erik olan Q.Qrinlinin təklif etdiyi tipik strategiya misal kimi göstərilə bilər. O, strategiyanın aşağıdakı növlərini ayırmış­dır: artım stra­tegiyası, stabilləşdirmə strategiyası, fəaliyyət strategiyası. Bun­lardan hər birinin müxtəlif alternativ baza stratregiyaları vardır.

  2. Müəssisənin strateji seçim modelləri arasında ən zəruri yeri böhran situasiyasında özünü doğruldan model tutur.

Bu növ modelin hazırlanması üçün ən çox məşhur olan İ.Ansoffun təklif etdiyi yanaşmadır. O, müəssisənin böhran vəziyyətində fəaliyyətinin necə idarə edilməsinin üç mümkün strategiyasını müəyyən etmişdir.

  • Fəal idarəetmə strategiya.

  • Reaktiv idarəetmə strategiya.

  • Planlı idarəetmə strategiya.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin