Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə81/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   109
STRATEJİ MENECMENT (1)

Sxem 6.13. Müəssisənin inkişafının strateji planlaşdırılması prosesində maliyyə strategiyasının rolu

Belə ki, hər şeydən əvvəl bu müəssisənin operativ fəaliyyətinə deyil, onun uzunmüddətli perspektiv inkişafına aid edilir. Ona görə də müəssisənin iqtisadi struktur bölmələrinin rəhbərləri müəssisənin yüksək rəhbərliyi ilə əlaqədə (ittifaqda) olmalı və müəssisənin ümumi (baza) strategiyasının hazırlanmasında birbaşa iştirak etməlidir. Müəssisənin maliyyə strategiyasının formalaşdırılmasında əsas məqsədlər aşağıdakı sxemdə verilmişdir:






Sxem 6.14. Müəssisənin maliyyə strukturunun formalaşdırılmasının əsas məsələləri

Bazar iqtisadiyyat şəraitində müəssisənin maliyyə strate­gi­- yasının hazırlanması ilk növbədə aşağıdakı istiqamətlər üzrə müəssisənin fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını məqsədəuyğun edir:



  • müəssisənin təsərrüfat fəaliyyətinin təhlili;

  • müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi.

Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili müəssisənin fəaliyyətinin səmərəliliyini qiymətləndirməyə, məhsulun maya dəyərini aşağı salan amilləri müəyyən etməyə, istehsal prose­sin­də çatışmazlığı və ehtiyatları aşkar etməyə, əmək məhsuldarlığının yüksəldilməsi yollarını, mənfəətin artırılması, əsas istehsal fondlarının xarakteri, vəziyyəti, onlardan səmərəli istifadəetməni dəyərləndirməyə imkan verir.
Müəssisənin maliyyə strategiyasının əsaslandırılması və hazırlanması nöqteyi-nəzərincə istehsal təsərrüfat fəaliyyətinin təhlilinin aşağıdakı əsas istiqamətlər üzrə aparılması məqsədəmüvafiqdir:

  • müəssisənin qısamüddətli öhdəliklərini ödəmək imkanlarını dəyərləndirmək;

  • müəssisənin maliyyələşdirmə imkanları və səviyyəsini dəyərləndirmək;

  • müəssisənin malik olduğu bütün vəsaitlərdən səmərəli istifadə etmək imkanlarını dəyərləndirmək;

  • müəssisənin səmərəli idarə edilməsinin qiymətləndirilməsi.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin