Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə83/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   109
STRATEJİ MENECMENT (1)

Sadəlik- müəssisənin maliyyə strategiyası öz quruluşuna görə sadə olmalı, müəssisənin bütün əməkdaşları tərəfindən (onun hansı bölmədə işləməsindən asılı olmayaraq) anlaşılan formada tərtib edilməlidir. Bu isə öz növbəsində müəssisənin bütün əməkdaşlarının fəaliyyətlərini müəssisənin inkişafının ümümi məqsədlərinə yönəltməyə imkan verir.
Daimilik- müəssisənin digər funksional bölmələrində baş verən əsaslı dəyişiklik müəssisənin fəaliyyətində disbalans yaradarsa, onda bu prosesdə tənzimləmənin aparılması imkanları nəzərdə tutulur.
Təhlükəsizlik- müəssisənin maliyyə strategiyasında xarici mühitin mümkün olan dəyişilikliyinə uyğun müəyyən “möh­kəm ehtiyat”-ları nəzərə alaraq layihələndirilir. Maliyyə ehti­yat­la­rının mövcudluğu, funksional strategiyanın dəqiq koor­di­na­si­yası inkişafın strateji məqsədlərinin həyata keçirilməsi baxı­mın­dan maliyyə strategiyasının təhlükəsizliyi deməkdir.
Maliyyə strategiyasının uğurla həyata keçirilməsi müəyyən dərəcədə qısa, orta və uzunmüddətli maliyyə planlaşdırmada nə­zə­rə almaqla maliyyə planlaşdırma sistemlərinin formalaş­ması və inkişafı ilə müəyyən edilir.
Uzunmüddətli maliyyə planlaşdırması- kapitalın struktu­runun planlaşdırılmasını və onların bağlılığının nəzərə alın­ma­sıdır. Bu investisiya planlaşdırma ilə sıx bağlıdır. Uzunmüddətli maliyyə planlaşdırılmasının əsas vəzifəsi müəssisənin uzun­müd­dətli struktur tarazlığını təmin etməkdir, bu isə müəyyən dis­balans yarandığı vaxtda müəssisəyə müvafiq tədbirlər həyata keçirməyə imkan verir.
Müəssisədə likvidliyin struktur dəstəkləməsinin məqsədi özünəməxsus borc kapitalını cəlb etməklə, fəaliyyətini təşkil etmək imkanını təmin etməkdir. Müəssisənin potensial kreditoru onu xüsusi maliyyə göstəricilərini istifadə etmə vəziyyətinə, məsələn, likvidlik əmsalına görə qiymətləndirir.
Uzunmüddətli maliyyə planlaşdırılması çərçivəsində plan­la­­­rın müəyyən balanslaşdırılması (tarazlaşdırılması) nəzərə alın­ma­­lıdır. Perspektiv balansın maliyyə sistemi vəsaitin dis­kontlaşdırılmış pul axınına öz vəsaiti və borc kapitalı ehti­yatlarına hesablanmış investisiya biznes-lahiyələrinə əsaslanır. Struktur balans planlaşdırılması müəssisənin maliyyə im­kan­la­rı­nı dəyərləndirməyə imkan verir və ilkin mərhələdə borc ka­pitalı verən kreditorların potensial hazırlığını göstərir.
Qeyd olunanlar ilə yanaşı balans strukturunun plan­laş­dı­rıl­ması dövründə uzunmüddətli maliyyələşmə və investisiyanın döv­riyyəsi sferasında uzunmüddətli daxilolmaların və ödə­nişlərin tarazlığını strukturda əks etdirmək mümkün deyil.
Bu məqsədlə uzunmüddətli balans maliyyələşdirməni ödənişlər axınına hədəflənmiş inteqrasiya edilən maliyyə planını əlavə etmək lazımdır.
Uzunmüddətli maliyyə planlaşdırılması ödəniş və daxil­ol­manın həcmi və müddətlərinə görə dəqiqləşdirməni nəzərdə tutan ortamüddətli plan ilə tamamlanmalıdır.
Orta müddətli maliyyə planının nümunəsi aşağıdakı cədvəldə verilmişdir.




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin