Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə84/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   109
STRATEJİ MENECMENT (1)

S/s

Bölmələrin adı

Mahiyyəti

1

Dövriyyə

Bu bölmədə müəssisənin əsas maliyyə axını əks olunur, hansı ki, onun cari fəaliyyətinə uyğun olan dövriyyədən cari daxil olmaları təmin edir

2

Müəssisə üçün ca­ri xarici ödə­niş­­lər

Bu bölmədə müəssisənin əsas fəaliyyəti ilə əlaqədar olmayan ödənişlər əks olunur

3

İnvestisiya fəaliyyəti

Bölmədə müəssisənin uzunmüddətli investisiya fəaliyyətindən daxil olan vəsait və ödənişlər əks olunur

4

Borc maliyyələş-məsi ilə əlaqədar olan ödənişlər

Bu bölmədə planlaşdırma dövründə borcların ödənilməsi və yeni kreditin alınması ilə əlaqədar baş verə biləcək ödənişlər və daxil olmalar planlaşdırılır

5

Qeyri əsas fəa­liy­yət növlərindən ödənişlər

Bu bölmədə müəssisənin fəaliyyət gös­tə­ri­ci­lə­rinə təsir edən qeyri əsas fəaliyyətindən daxilolmalar və ödənişlər planlaşdırılır

6

Vergi ödənişləri

Bu bölmədə planlaşdırılan vergi ödənişləri göstərilir

7

Sair ödənişlər

Bu bölmədə əsasən səhmdarlara ödəniləcək divident ödənişləri və eyni zamanda özünün xüsusi kapitalının artırılması hesabına mümkün ola biləcək daxil olmalar planlaşdırılır

Ortamüddətli maliyyə planı müəssisənin ödənişlərinin apa­rıl­masına hədəflənən dəyişkən xarakterli olmalıdır. Bu plan cari likvidliyinin təmin edilməsi üçün əsas olaraq uzunmüddətli maliyyə planını tamamlayır.


Bundan başqa qeyd etmək lazımdır ki, ortamüddətli maliy­yə planı bütün nöqsanları vaxtında və yaxud müəssisənin maliyyə vəsaitindəki çatışmamazlığı aşkar etməyə imkan ver­mə­lidir. Maliyyənin planlaşdırılması daha çox qısamüddətli ma­liyyə planı çərçivəsində dəqiq həyata keçirilir. Bu plan müəs­sisənin malik olduğu maliyyə ehtiyatlarını əks etdir­mə­lidir. Belə ehtiyatlar kimi aşağıdakılar nəzərdə tutula bilər:

  • likvid vəsait- əvvəlcə nəzərdə tutulmuş həcmindən artıq ola­nı;

  • müəssisənin mobilizasiya əmlakı (məsələn, maliyyə aktivlərinin satılmasından yaranan vəsait);

  • kredit xəttinin genişləndirilməsi;

  • müəssisənin xüsusi kapitalının qısamüddətli genişləndirilməsi.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin