Müəssisənin innovasiya strategiyası funksional strategiya olaraq müəssisənin innovasiya siyasətini əks etdirir, müəssisənin istehsal etdiyi məhsulun rəqabətqabiliyyətliyini artırmağa və yaxud dəstəkləməyə imkan verir [107].
Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın bütövlükdə, yaxud ayrıca götürülmüş müəssisənin inkişafının müasir mərhələsinin mahiyyəti “innovasiyanın inkişafı” kateqoriyasını göstərir, hansı ki, son illərdə həm ölkənin və həm də xarici ölkələrin ədabiyyatlarında geniş və ətraflı araşdırılır və məlumatlar verilir.
Sxem 6.16. Müəssisənin innovasiyalı (yenilik) inkişaf prosesi.
Bunlar ilə yanaşı müəssisənin innovasiyalı inkişafı yalnız innovasiya prosesi deyil, eyni zamanda onun həyata keçirilməsi üçün lazım olan amillər sisteminin inkişafıdır.
Beləliklə, demək olar ki, müəssisənin innovasiya strategiyası müəssisənin innovasiyalı inkişaf prosesinin əsas istiqamətlərini və mahiyyətini əks etdirməlidir.
Müəssisənin innovasiya strategiyasının formalaşması prosesinə təsir edən bir sıra amilləri fərqləndirmək olar. Bunlar sxematik olaraq aşağıda göstərilmişdir.
Sxem 6.17. Müəssisənin innovasiya strategiyasının formalaşmasına təsir edən amillər
Qeyd etmək lazımdır ki, müəssisənin inkişafına yönəldilmiş innovasiya strategiyasının həyata keçirilməsi çərçivəsində məqsədlər və bu məqsədlərə nail olma vasitələrini müəyyən edən amillər aşağıdakılardır:
xarici ətraf mühitin dəyişməsi şəraitində müəssisənin müxtəlif istehsal səviyyəsini və istehlakçıların tələb olunan keyfiyyətli məhsulla təmin olunma imkanlarının təyin edilməsini müəyyən edən müəssisənin istehsal etdiyi məhsullar və texnoloji imkanları arasındakı balans;
innovasiyaya əsaslanan elmi-praktiki əsasları yaradan, tədbiqi və fundamental elmi işləmələr arasındakı balans;
yuxarı rəhbərliyin təsərrüfat maraqlarını təmsil edən bazarın seqmentləri üçün rəqabətqabiliyyətli məhsul istehsalının təmini, məhsulun rəqabətqabiliyyətli üstünlüklərini nəzərə almaqla bazarda xüsusi mövqeyə malik olmaq;
yüksək və davamlı gəliri təmin edən məhsul istehsalı və bazara çıxış.