5.1. Məhsul – bazar üzrə imkanlar matrisası Bazar – məhsul üzrə imkanlar matrisası eyni zamanda “məhsul – bazar üçün müəyyən edilmiş” ad ilə də məlum olub, ilk dəfə İ.Ansoff tərəfindən təklif olunan “artım vektoru” ilə tanınan və 1960-cı illərdə klassik model olub strateji alternativlərin hazırlanmasında istifadə edilir.
Bu matrisada prinsipcə, müəssisənin bazarda payının saxlanılması və genişləndirməsi üçün dörd strategiyadan istifadə edilməsi nəzərdə tutulmuş və bunlar yuxarıdakı sxemdə verilmişdir. Beləliklə:
İnkişaf strategiyasının seçilməsi bazarın bolluğu dərəcəsindən və müəssisənin istehsalı yeniləmək imkanlarından asılıdır. Ancaq, nəzərə almaq lazımdır ki, bu strategiyalar alternativ prinsiplər görə fərqləndikdə onlardan iki və daha çoxu bir sıra hallarda üst – üstə düşə bilər. Yuxarıda qeyd olunan strategiyaları ardıcıl nəzərdən keçirək və onlardan müasir mərhələdə ölkənin iqtisadiyyatının sahələrində istifadə etmə imkanlarını müəyyən edək.