Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə39/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   109
STRATEJİ MENECMENT (1)

Kvadrat I matrisası. Bu matrisa müəssisənin inkişaf stra­tegiyasını bazarda mövcud olan məhsullara istiqa­mət­lən­məyi göstərir. Bu strategiya eyni zamanda “xərclərə qənaət” və yaxud “nə istehsal edirsənsə onu yaxşılaşdır” metodu adlanır. Bu strategiya müəssisə və yaxud onun sərbəst təsərrüfat hesablı bölmələri üçün və yaxud bazarda məhsul bolluğu tam olmadıqda səmərəlidir. Müəssisə istehsal olunan məhsul hərəkətinin intensivləşdirilməsi hesabına fəaliyyət gös­tərdiyi bazarlarda məhsul satışını genişləndirir və müəssisə əvvəllər onun məhsullarından istifadə etməyən rəqiblərin müştə­rilərini öz bazarlarına cəlb edir, bu isə son nəticədə bazarda tələbatın artmasına müvafiq istehsal həcminin genişləndirilməsi zərurətini yaradır.
Kvadrat II matrisası strategiyası bazarın inkişafına yəni, müəssisənin uzun müddət istehsal etdiyi məhsul üçün yeni bazarların yaranmasına istiqamətləndiyini göstərir. Bu strategiya aşağıdakı hallarda səmərəlidir:

  • müəssisə yerli, daxili bazarlarda fəaliyyətini genişlən­dirməyə çalışdığı hallarda;

  • həyat tərzi və demoqrafik amillərin dəyişməsi bazarda yeni seqmentlər yaratdıqda;

  • müəssisənin yaxşı tanınmış məhsullar üçün yeni istifadə sahəsi olduğu halda.

Müəssisə istehsal etdiyi məhsulların bazarda satışı sahə­sin­də tədbirlər həyata keçirir yəni, bu zaman o məhsulun yeni keyfiyyətlərini və digər üstünlüklərini əsaslandıraraq istehsal etd­iyi məhsul satışının şəbəkəsinin genişləndirilməsinə və artı­rıl­masına çalışır. Müəssisə bazarın tələbinin tam ödənil­mə­diyi yeni seqmentinə daxil ola bilər, yəni, müəssisə istehsal etdiyi məhsulun bölüşdürülməsi və satışının yeni metodlarından isti­fa­də edərək məhsulun hərəkətini daha çevik və səmərəli edə bilir.
Kvadrat III matrisası strategiyanın əvvəlki və çoxdan mənimsənilmiş bazarlar üçün yeni məhsulların hazırlanmasına istiqamətləndirildiyini göstərir. Bu strategiya müəssisə və onun təsərrüfat subyektlərinin istehsalında çox məhşur olan məhsul modelləri istehsal etdikdə tətbiq olunur. Bu halda müəssisə fəaliyyət göstərdiyi bazar üçün yeni və yaxud müasir dəbə uyğun tələbləri ödəyən məhsullar hazırlayır.
Cədvəl 5.1. Müştəriləri müəssisənin istehsal etdiyi məhsuldan yenidən istifadə etmək istəklərinin yaradılması strategiyası.




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin