Kütləvi informasiya mənbələrində - televizor, radio və,s. abunənin reklam edilməsi.
Supermarketlərdə məişətdə istifadə edilən məhsulların satışının təşkili
Kvadrat 4 strategiyanın diversifikasiya matrisasıdır. Bu strategiya müəssisənin hər hansı sərbəst təsərrüfat qurumlarından və yaxud bir məhsul çeşidi asılılığından qurtarmaq üçün istifadə edilir. Eyni zamanda, bu strategiyadan müəssisə istədiyi hallarda, fəaliyyətində zəiflik və fəaliyyətsizlik olan bazarları tərk etmək üçün tətbiq edilir. Ancaq, bu strategiyanın həyata keçirilməsi yeni məhsulların və yeni bazarları hazırlanmasını tələb edir. Bu zaman yeni bazarın yəni, məhsulların qəbul edilməsi imkanları nəzərə alınmalıdır, çünki bir çox hallarda bu imkanlar zəif və yaxud demək olar ki, mümkün olmur. Müxtəlif şirkətlərdə strategiyanın hazırlanması təcrübəsi göstərir ki, onlar çox nadir hallarda hər hansı bir strategiya üzərində dayanırlar. Bu zaman onların ardıcıllığı hər bir strategiyanın əhəmiyyətindən və gözlənilən nəticələrdən asılıdır. Bu halda şirkətin ümümi strategiyası başlanğıc və sonrakı mərhələlərin ardıcıllığına müvafiq tərtib edilir.
Yuxarıda baxılan yanaşmaların özünə məxsus modifikasiyası A.Steynerin 1975-ci ildə təklif etdiyi modeldir. Bu model bazarların məhsullarının klassifikasiyasını və ənənəvi istehsal olunan və bu məhsullar ilə bağlı yeni, tamamilə yeni məhsulların klassifikasiyasını əks etdirir. Qeyd olunan asılılıq aşağıdakı sxemdə göstərilmişdir.