Şəkil 5.3. M.Porterə görə nümunəvi (tipik) rəqabət -sadə strategiyası
Qeyd etmək lazımdır ki, BMW və Mersedes şirkətlərinin strategiyası əhalinin xüsusi təminatlı təbəqəsi üçün yüksək keyfiyyətə malik istehsala diqqət ayırmaqdır.
Az xərclər
Toyota
|
Diferensasiya
General Motors
|
Nəzərdə tutulan xərclər
Hyundai
|
Nəzərdə tutulan diferensasiya
BMW, Mersedes
|
Şəkil 5.4. Ümumdünya maşınqayırma sənayesində M.Porterin rəqabət strategiyası modeli (1980-cı illərin sonu-1990-cı illərin əvvəli)
Eyni bu strategiya nəzərdə tutulan xərcləri birbaşa alıcıların konkret sifarişlərinə uyğun olaraq satılan avtomobillərin ekskluziv hazırlanmasından ibarətdir. Qeyd olunanlar isə şirkətin yüksək imicinin qorunmasına, bazarda olan payının möhkəm saxlanmasına imkan yaradır.
Beləliklə tipik (nümunəvi) strategiyaların konsepsiyalarının əsasında hər bir strategiyanın rəqabət üstünlüyünə malik olma ideyası durur, buna nail olmaq üçün hər bir şirkət öz strategiyasını əsaslandırmalı və sonra seçməlidir.
Şirkətin seçilmiş nümunəvi strategiyadan asılı olaraq şirkətdə mənfəətin yaranmasını aşağıdakı sxemdə göstərmək olar.
Dostları ilə paylaş: |