Şəkil 5.5. Tipik strategiya və mənfəət
Xərclərə görə üstün olan strategiya haqqında danışdıqda qeyd etmək lazımdır ki, sahə üçün orta keyfiyyəti saxlamaqla maya dəyərin azaldılmasının bir çox qaydaları vardır. Ancaq maya dəyərinin azaldılmasının bir sıra qaydaları vardır. Bu qaydalar “əyri təcrübəsi” üzrə hərəkətlə bağlıdır, yəni maksimum qənaətin əldə edilməsi istehsal həcminin artırılması hesabına nail olmaqdır.
İstehsalın həcminin artırılması hesabına qənaətin fəlsəfəsi qeyd edildiyi kimi “əyri təcrübəsi”-nə əsaslanır. Bu ideya 1926-cı ildə təklif olunub və emprik təhlilin köməyi ilə müəyyən olunub ki, istehsal həcminin artırıldığı hər bir məhsul vahidinə çəkilən xərclər 20% azalır. Bu nəzəriyyəyə uyğun olaraq müəssisənin bazarda payının artırılmasına lazımi fikir verilir. Bu isə məhsul istehsalının həcminin artırılmasına və istehsal xərclərinin azalması istiqaməti üzrə müəyyən edilən əyri üzrə aşağı hərəkət edir. Gəlirliliyin mənfəət normasının yüksək səviyyəsinə və ona uyğun olaraq müəssisənin üstünlüyünü yalnız bu formada təmin etmək olar.
Aşağıdakı sxemdə “əyri təcrübəsi” nümunəsi göstərilmişdir.
Şəkil 5.6. İstehsal həcmi və xərclərin azalmasının əks etdirən əyri.
|
Sənaye sahəsində istehsalatda qənaət əyrisi aşağıda göstərilmişdir. Əgər bu əyridə istehsal həcmi X uyğundursa, istehsal olunan məhsulun maya dəyəri vəziyyəti Y nöqtəsinə uyğundur. Bu iki nöqtənin əsas ideyası ondan ibarətdir ki, satış həcmi məhsulun maya dəyərinin aşağı olması üçün vacib şərtlərdəndir.
Şəkil 5.7. İstehsal həcminin maya dəyəri.
Bu yol məhsulun bazarda böyük mövqeyə malik olması və genişləndirilməsi istiqamətində yaxşı nəticələrə nail olmalıdır. Buna müvafiq olaraq, əgər bazara uyğun rəqabətdə bir neçə şirkət iştirak edirsə, onlardan hər hansı biri məhsulu aşağı maya dəyəri ilə təqdim edərsə, qiymətləri aşağı salmaqla digərlərinin bazarda üstünlüyünü nəzərəçarpacaq dərəcədə azalda bilir. Yəni, nümunəvi oxşar strategiya seçilərkən, bazarda iştirak edən bütün müəssisələrin istehsal etdikləri məhsulların xarakteristikalarını, bazarın seqmentlərini, istehlakçıların tələblərini onların bazarda paylarının və digər müvafiq göstəricilərin ətraflı təhlil aparmalı və alınmış nəticələr müəssisənin strategiya seçimi üçün əsas şərtlərdən olmalıdır.
Bunları nəzərə alaraq maya dəyərinin və qiymətin aşağı salması ilə əlaqədar situasiyalar aşağıda verilmişdir.
Əgər müəssisənin istehsal etdiyi məhsul bu sahədə fəaliyyət göstərən digər müəssisələr ilə eynidirsə, onda bu müəssisənin məhsulunun maya dəyərinin aşağı olması digər müəssisələrlə rəqabətdə üstünlüyünü hansı formada göstərir?
Şəkil 5.8. Maya dəyərin və qiymətlərin azaldılması
Məhsulun maya dəyərinin aşağı olması üçün şirkət aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirə bilər:
Tələb olan hallarda rəqabət mühitində qiymət siyasəti aparmalı;
Mənfəətin toplanması, bu son nəticədə istehsal olunan məhsulun keyfiyyətini artırmaq üçün yeni investisiya qoyuluşuna zəruri şərait yaradır və bunun nəticəsində istehsal olunan məhsulun qiymətini sahə üzrə orta qiymətə uyğunlaşdırmaq olar.
Beləliklə, maya dəyərinin aşağı olması öz-özlüyündə rəqabət üstülüyü yaratmır, o məhsulun rəqabət qabiliyyətliliyinin artırılması üçün imkan verir. Qeyd etmək lazımdır ki, xərclər üzrə strategiyanın üstünlüyü ilə bağlı bir neçə risklər mövcuddur.
Dostları ilə paylaş: |