Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə44/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   109
STRATEJİ MENECMENT (1)

Birincisi, həddən artıq səmərəliliyə istinad etmək şirkətə alıcıların dəyişən tələblərinə olan reaksiyasında müəyyən itkiyə gətirib çıxara bilər;
İkincisi, əgər şirkət həqiqətən geniş çeşidli təlabat məhsulları istehsal edirsə, onda xərc strategiyalarında risk nəzərəçarpacaq dərəcədə yüksəkdir, bu o səbəbdən yaranır ki, bu halda maya dəyəri göstəricisinə görə yalnız bir lider ola bilər. Əgər şirkət yalnız qiymət üzrə rəqabət aparırsa, onda maya də­yərinə görə ikinci və üçüncü yer ona çox az üstünlük verə bilər.
Üçüncüsü, maya dəyərinin aşağı salınmasına nail olma yollarından istifadə etmək olar. Məsələn rəqiblər, istehsalda yüksək səmərəlilik göstəricilərinə malik zavod ola bilər. Ancaq, müvafiq sahənin digər daha yüksək inkişaf səviyyəsinə keçdikcə şirkətlərin çoxu qazanılmış təcrübənin bütün üstünlüklərindən öz fəaliyyətlərində istifadə etdikləri üçün “təcrübə əyrisi” hiss edil­məyəcəkdir. Ancaq, ən çox qorxunun yaranma ehtimalı o rə­qib­lərdən ola bilər ki, onlar məhsulun qiymətini maya dəyəri sə­viy­yəsində müəyyən edirlər. Maya dəyəri səviyyəsində qiy­mət­ləri müəyyən edən müəssisələr adətən daha yüksək rentabelliyə malik olan istehsal sahələrinə malik olurlar və onların hesabına müəssisələr bir sıra istehsal xərclərini ödəyirlər [72].
Əgər diferensiallaşdırma strategiyasından söz gedirsə, mütləq qeyd etmək lazımdır ki, bu istiqamət digərlərindən nə ilə fərqlənir? Diferensasiyanın uğurla aparılmasının əsas aləti və mümkünlüyü bu strategiyaya müvafiq həyata keçirilən tədbirlərin nəticələrinin alıcılar tərəfindən qiymətlən-dirilməsidir. Əgər, yüksək qiyməti olan məhsula alıcı bu qiyməti onun unikallığına görə ödəmək arzusunda olarsa və məhsulun maya dəyərinə şirkət tərəfindən nəzarət edilirsə, onda bu qiymətqoyma əlavə mənfəətin kifayət dərəcədə yüksəldilməsini təmin edə bilər. Bu strategiyanın əsas məğzi alıcıların ehtiyaclarının şirkət tərə­fin­dən başa düşülməsidir. Alıcılar tələb olunan keyfiyyət toplusunu onlara təqdim edir və müəssisə buna müvafiq məhsulların qiymətlərini müəyyən edir. Əgər lider müəssisə qeyd olunan istiqamətlər üzrə uğur qazanırsa, onda müəyyən qrup alıcılar bazarın bu seqmentində digər şirkətlərin təklif etdiyi mallara meyl göstərməyəcəklər. Beləliklə, şirkət istehsal, ehtiyat, məhsullar üzrə daimi alıcılar qrupunu yəni, mini-monopoliya yaradır. Diferensasiyalaşdırma strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi rəqabət gərginliyini azaldır, bu isə ən çox böyük çeşidli istehlak malları istehsal edən sahələrdə müşahidə olunur.
Bununla yanaşı alıcıların bu məhsul çeşidlərinə bağlılığı eyni zamanda, digər yeni istehsalçıların bu məhsullara uyğun istehsal etdikləri malların bazarın bu seqmentinə daxil olmasına bir növ sədd çəkir.
Ancaq, diferensiallaşdırma strategiyası heç də riskli ol­ma­yan strategiya deyil, bu risklərə aşağıdakıları aid etmək olar:
Birincisi, əgər diferensasiyanın əsası şirkəti digərlərindən fərqləndirən cəhətidirsə, onda başqa şirkətlər də çox asanlıqla onun istehsal etdiyi məhsulun və xidmətlərin oxşarlarını yaradıb təqdim edə bilərlər;

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin