Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə5/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   109
STRATEJİ MENECMENT (1)

1.2. Strateji menecmentin baza modeli
Harvard Business Review məktəbində 1962-ci ildən F.Gilmor və R.Branderburq yüzlərlə modeli özündə əks etdirən strateji menecment dərslərinə həsr olunmuş “Koorporativ planlaşdırmanın anatomiyası” məqaləsini çap etdirməyə baş­ladı və onlar məqalədə bu prosesin formalaşdırılması prinsiplərini göstə­ril­miş­dir. Qeyd etmək lazımdır ki, H.Minçberqin fikrincə bu mo­dellər əsasən bir konstruktiv nəzəriyyə və yaxud bazaya əsas­lanıb. Onlar prinsipial konstruksiyaya görə deyil bir-birindən yalnız ayrı-ayrı detallara görə fərqlənirlər. Bunları nəzərə alaraq strateji planlaşdırmanın (menecmentin) baza modelini və onun 3 əsas modifikasiyasını nəzərdən keçirək.

Harvard Biznes məktəbinin modeli.


Harvard Biznes məktəbinin modeli (Harvard qrupu) Harvard alimlərinin apardıqları tədqiqat nəticəsində hazır­lanmış və SWOT proseduru kimi məşhurdur. Bu modeli H.Minçberq “layihələndirmə məktəbi modeli” adlandırır, çünki bu model “ləyihənin əsaslandırılmasını” təmin edən bir neçə baza amillərinə əsaslanır. Bu modelin prinsipial sxemi aşağıda göstərilmişdir.
Sxemdən göründüyü kimi strateji planın (strateji planlaş­dırma prosesi) formalaşdırılmasının ümumi prinsipləri ardıcıl sis­tem­ləş­dirilmiş və strateji plan hazırlanarkən ilkin olaraq xarici iş­güzar ətraf mühit dəyərləndirilməli, bu zaman mənfi təsirlər he­sab­lanmalı və uğurların əsas amilləri aşkar edilmə­lidir. Eyni zamanda resurs imkanları, güclü və zəif tərəflər aşkar edilərək də­yər­ləndirilməlidir və son nəticədə fərqli formalar müəy­yən­ləş­di­rilməli və onların qarşılıqlı əlaqələri düzgün təyin edilməlidir.
Növbəti mərhələdə qeyd olunmuşları nəzərə alaraq strategiya for­ma­laş­dırıl­malı və prosesdə sosial məsuliyyət və yuxarı rəhbərliyin də­yərləri də nəzərə alınmalıdır. Bunlar həyata keçiriləndən sonra strateji plan seçilməli və qiymətləndirilməlidir.








Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin