Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


Cədvəl 5.2. İnkişaf strategiyası: Baza strateji alternativlər



Yüklə 1,42 Mb.
səhifə57/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   109
STRATEJİ MENECMENT (1)

Cədvəl 5.2. İnkişaf strategiyası: Baza strateji alternativlər.



S/s

Strateji alternativlər

Elementləri

Sahə (sfera)

Əsas alətlər

1.

Bazarın intensivləş-dirilməsi

Məhsul,
Məhsul istehsalı
Bazar

Sahə daxili

Bazara daxil olma
Bazarın inkişafı
Coğrafi şərait

2.

Şaxələndirmə (diversifikasiya)

Sahibkarlıq sferası

Sahə daxili və kənar

Daxili inkişaf şaquli, üfiqi, yardımçı şaxələndirmə (diversifikasiya)

3.

Strateji alyans

Məhsul
Bazar
Sahibkarlıq sferası

Sahə daxili və ondan kənar

Əməkdaşlıq haqqında razılaşma birgə istehsal

4.

Xarici-iqtisadi fəaliyyət

Məhsul
Bazar
Sabibkarlıq sferası

Ölkə hüdudlarından kənar

İxrac
Xarici lisenziya-laşdırma
Birbaşa vəasit qoyuluşu

Alternativ 1. Bazarın intensivliyi
Bazarın intensivləşdirilməsi müəssisənin gücünü bazarın uğurları və mövqeyinin möhkəmləndirilməsinə istiqa­mət­lən­di­rir. Bu vəziyyətdə aparıcı funksiya bütün strategiyaları qa­baq­la­yan marketinq strategiyası olur. Bazarın intensifikasiyası, müdafiə və yaxud ekspansion ola bilər. Müdafiə metodu (mövqeyin saxlanılması) adətən qiymət metodu və qiymətə görə olmayan rəqabətin təsiri ilə məhsulun modelinin yenisi ilə əvəzlənməsi hesabına bazara müdaxilə etməsini özündə əks etdirir. Genişlənmə metodu (bazara müdaxilə, bazara daxil olma) məhsulun hərəkəti və bölüşdürülməsi sisteminə uyğunlaşmaqla yeni istehsalı özündə əks etdirir .
Bazarın intensivləşdirilməsi üç əsas metodla həyata keçirilə bilər.
1. Bazara nüfuz (müdaxilə). Bu aqressiv bazar fəaliyyəti istehsal olunan məhsulun satış həcminin artırılması ilə əlaqədardır. Buna daxildir:

  • İstehlak həcminin artırılmasının stimullaşdırılması (reklam, satışın stimullaşdırılması və s.);

  • Məhsulun istifadə sferasının genişləndirilməsi və buna uyğun olaraq istehlak həcminin artırılması;

  • Məhsulun qarışıq modifikasiyası. məhsulun həyat tsiklini yenisi ilə əvəz edilməklə uzadır (yetkinlik dövründə) və istehlak həcminin artmasını dəstəkləmək:

2. Bazarın inkişafı. Bu eyni zamanda bazarın yeni seq­men­tinə daxil olan köhnə və yeni məhsulların planlaşdırılmış mar­kentinqidir. Bu aşağıdakı tipik vəziyyətləri özündə əks etdirir:
- hazır məhsul yüksək keyfiyyəti və ya yaxşı satış sisteminə görə bazarın başqa seqmentinə nüfuz edir.
- müəssisə yeni məhsullar ilə yeni bazarlara çıxır. Bu zaman bazarın həmin seqmentindən o rəqibləri sıradan çıxarır və yaxud rəqiblər ilə birləşərək daha yüksək keyfiyyətə malik, yüksək alıcılıq qabiliyyəti olan məhsul istehsalına başlayır.
3. Coğrafi genişlənmə. Bu aşağıdakı hallarda yeni coğrafi satış bazarlarına çıxmaq hesabına təmin edilir.
- vasitəçilərin yeni məhsullarının köməyi ilə satış üzrə öz imkanlarını genişləndirmək, eyni zamanda məhsul bölgüsünün digər sxemi və özünün nümayəndəliyini açmaqla;
- başqa şirkətlərə məxsus olan müəssisələr ilə bağlanmış müqaviləyə əsasən öz istehsal fəaliyyətini həyata keçirmək.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin