1.4. Pedaqogikanın anlayışlar sistemi Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, inkişaf edərək zənginləşmişdir. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmlərdən biri olduğu üçün özünün anlayış sisteminin təkmilləşməsinə həmişə ehtiyac duymuşdur. Bu sistemə çoxsaylı anlayışlar, terminlər daxildir. Pedaqogika onların köməyi ilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır.
Son dövrlərdə pedaqogikanın əsas anlayışları xeyli artmışdır. Şərti olaraq təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas analayışları hesab oluna bilər.