Pedaqoji proses dinamik sistemdir. Onun öz strukturu (quruluşu) və struktur elementləri (komponentləri) vardır. Pedaqoji proses öz məqsədi, vəzifələri, məzmunu, metodları, müəllim və şagirdlərin qarşılıqlı təsir formaları sayəsində əldə olunmuş nəticələri ilə xarakterizə olunur. Məqsəd, məzmun, fəaliyyət və nəticə komponenti – sistem yaradan komponentlərdir.
Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məqsəd və vəzifələrini birləşdirir.
Məzmun komponentihəm ümumi məqsədə, həm də konkret vəzifəyə qoyulan mənanı əks etdirir.