Buraxılış işinin müdafiəsində toplanmış ballar
№
|
Tələbənin adı, atasının adı, soyadı
|
Müdafiədə toplanmış ballar
|
Məruzənin qiyməti
20 balla
|
Suallara cavab- ların qiyməti
20 balla
|
Tələbənin ixtisas biliyi
10 balla
|
Yekun bal
|
1.
|
|
|
|
|
|
Yеkun Dövlət Attеstasiya Komissiyasının bağlanış iclasında sədr komissiya üzvləri ilə birlikdə hər tələbənin ayrı-ayrılıqda qiymətlərini müzakirə edir və açıq səsvermə yolu ilə buraxılış işinin müdafiəsinin ümumi bal qiyməti müəyyənləşdirilir. Bundan sonra tələbənin müdafiəyə qədər və müdafiədə topladığı ballar toplanaraq buraxılış işi müdafiəsinin yekun balı çıxarılır. Sədr müdafiənin yekun bal qiymətini tələbələrə elan edir.
Həm müdafiəyə qədər, həm də müdafiə zamanı toplanmış ballar ümumiləşmiş şəkildə bir cədvəldə öz əksini tapır. Yеkun Dövlət Attеstasiya Komissiyasının sədri və üzvləri cədvəldəki qiymətləri imzalayaraq təsdiq edir. Müdafiə prosesinin bütünlükdə gedişatı, suallara cavablar, tələbələrin qiymətləndirilməsi xüsusi “Protokol-kitabı”nda Komissiyanın Elmi Katibi tərəfindən aparılır və Yеkun Dövlət Attеstasiya Komissiyasının sədri, üzvləri tərəfindən imzalanaraq təsdiqlənir.
Magistratura. “Magistr” sözü latın mənşəli söz olub, “müəllim”, ”mürəbbi”, “rəhbər” mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə verilirdi. Bizans imperatorluğunda isə bu ad yüksək məmur rütbəsi ti-tuluna müvafiq idi. “Magistr” məfhumu “ustad” adının sinonimi, öz işinin mahir bilicisi, ustası kimi də qəbul edilir. Musiqi termini olan “maestro” sözü də “magistr” sözündən meydana gəlmiş, musiqi sa-həsinin bilicisi kimi başa düşülür.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılır.
Dostları ilə paylaş: |