- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.