təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir.