tədris materialının məzmununun xətti qurulması. Belə strukturda tədris materialının məzmunu ardıcıl və fasiləsiz olaraq verilir.
tədris materialının məzmununun konsentrik sistem üzrə qurulması. Belə strukturda eyni bir məsələ bir neçə dəfə araşdırılır, təkrarlanır. Təkrar zamanı məzmun genişləndirilir, yeni informasiyalarla zənginləşdirilir və yeni səviyyədə həll edilir.
tədris materialının məzmununun spiralvari sistem üzrə qurulması. Bu halda öyrənən və öyrədən qoyulmuş problemə, insanın fəaliyyət sferası ilə bağlı biliklər sisteminə və fəaliyyət üsullarına dair məlumatları genişləndirərək və zənginləşdirərək onlara daim qayıdır və inkişaf etdirir.