İnkişafı təmin edən bacarıqların sxematik təsviri
idraki
informativ-kommunikativ
bacarıqlar
psixomotor
qavrama
ünsiyyət
qaydalara uyğun fəaliyyət
təhlil
təsviretmə
sərbəst fəaliyyət
dəyərləndirmə
təqdimetmə
yaradıcılıq
Sxemdən göründüyü kimi, idraki, informativ-kommunikativ və psixomotor bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbəkəsindən ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Dərsliklər hazırlanarkən bu cəhətlər nəzərə alınmalı, şəxsiyyətin idraki, informativ- kommunikativ və psixomotor bacarıqlarının inkişafını təmin edən materiallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil edilməlidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu, onun daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır.
İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlanmasında başlıca olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır:
Dostları ilə paylaş: |