Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiyalarının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlüyündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.