Birinci baş amil “tədris materialı”dır. Tədris informasiyası iki yerə ayrılır: 1) koqnitiv informasiya (bilik verən informasiya); 2) idarəedən informasiya (konqnitiv informasiyanı necə mənimsəmək haqqında siqnallar).
“Tədris materialı” olduqca özünəməxsus informasiyadır. Başqa informasiya ilə müqayisədə o, pedaqoji cəhətdən işləmiş informasiyadır. Tədris prosesi üçün informasiyanın yararlılığı, onun gücə müvafiqliyi, təlimdə qazanılan nəticələr məhz həmin informasiyanın pedaqoji cəhətdən işlənilmə səviyyəsindən, keyfiyyətindən asılıdır. Baş amil kimi “tədris materialı”nın tərkibində iki kompleks amil bir-birindən məntiqi surətdə fərqənir: 1) obyektiv informasiya kompleksi; 2) pedaqoji cəhətdən işləmiş informasiya kompleksi.
Birinci kompleksə tədris materialının məzmunu, kəmiyyəti, keyfiyyəti, forması, strukturu kimi ümumi amillər aiddir. İkinci kompleksə tədris materialının öyrənilmə ardıcıllığı, ona ayrılan vaxt və s. daxildir. Materialın pedaqoji cəhətdən işlənilmə prosesində əldə olunan və şagirdlərə təqdim edilən informasiyanın xarakteristikalarına aşağıdakılar aiddir: informsiyanın şərh olunma qaydası, strukturu, müvafiqliyi (müəllimin nitqi, informasiyanın şagirdlərin hazırlıq səviyyəsinə uyğunluğu, informasiyanın artıqlıq səviyyəsi və s.)
Dostları ilə paylaş: |