1. Giriş-motivləşdirmə mərhələsi. Bu mərhələdə müəllim aşağıdakı işləri həyata keçirir:
1) mövzunun tədris fənninin sistemində yerini, rolunu və əhəmiyyətini aydınlaşdırmaq məqsədilə əsas problemli vəziyyətin yaradılması (bu təlim mövzusu nə üçün öyrənilməlidir);
2) şagirdlərin qarşısında duran tədris-idrak məqsəd və vəzifələrin formulə olunması;
3) şagirdlərin əldə etməli olduğu bilik, bacarıq və vərdişlərin minimumunun əldə olunması plaının aydınlaşdırılması;
4) bütün mövzunun öyrədilməsi zamanı şagirdlərin evdə yerinə yetirəcəyi müstəqil işlərin məzmunu haqqında yuxarı sinif şagirdlərinə göstərişlər vermək (aşağı siniflərdə ev tapşırıqları hər bir məşğələ üzrə verilir).
Dostları ilə paylaş: |