III. Aktuallaşdırma. Dərsin tipi və məqsədindən, aktuallaşdırılacaq anlayış və fəaliyyət üsullarının mürəkkəbliyindən asılı olaraq aktuallaşdırmaya sərf olunacaq vaxtı aşağıdakı istiqamətlərə yönəltmək (məsrəf etmək).
1. İstinad bilikləri. Müəllim şagirdin şüurunda aktivləşməli olan (əvvəl öyrənilmiş) bilikləri zəruri əlaqə və münasibətlərlə müəyyənləşdirir.
2. Şagirdlərin yazılı və ya şifahi müstəqil işini (frontal) planlaşdırır.
3. Mövzuya, dərsə şagirdlərdə maraq oyadılması, motivlərin formalaşdırılması üsulları seçilir.
4. İşin gedişi zamanı nəzarət forması müəyyənləşdirilir, şagirdlərin özünənəzarət priyomları, onların qarşılıqlı nəzarəti, müstəqil işləri yerinə yetirmək, bilik, bacarıq və vərdişləri qiymətləndirmək üçün yollar nəzərdə tutulur.
Dostları ilə paylaş: |