IV. Yeni anlayış və fəaliyyət üsullarının formalaşması.
1)Dərsdə öyrənilməsi zəruri olan yeni anlayışlar və onların mənimsənilməsi üsulları göstərilir.
2) Mənimsəmə mərhələlərinin idraki vəzifələri formulə olunur.
3) Müəllimin problemli və informasiyalı sualları formulə olunur və problemli vəziyyətin yaranması üçün şagirdlərə təklif olunacaq suallar müəyyənləşdirilir.
4) Dərsin əsas və əlavə problemləri göstərilir, onların həlli üsullarının variantları formulə olunur (analitik və evristik həll yolları).
V. Tətbiq. IV bölmədə göstərilmiş bacarıq və vərdişlər dərsdə möhkəmləndirilir ( burada mənimsənilmiş biliklərin müstəqil tətbiqi başlıca yol hesab edilir).
1) Müəllim işlənmə üçün konkret bacarıq və vərdişləri göstərir.
2) Planda müstəqil işin tipi ilə yanaşı növləri də göstərilir.
Dostları ilə paylaş: |