VI. Dərsin yekunlaşdırılması.
1) Qarşıya qoyulmuş məqsəd əsasında dərsin gedişi ərzində şagirdlərin fəaliyyətinə və nəticələrinə qiymət vermək, ümumiləşdirmək və psixoloji tamlığı təmin etməyə yönələn iş aparmaq nəzərdə tutulur.
2) Şagirdlərin biliyinin qiymətləndirilməsi və əsaslandırılması planlaşdırılır.
VII. Evdə işləmək üçün tapşırıq verilməsi. (hər bir şagirdin müstəqil işləməsi üçün tövsiyələrin planlaşdırılması) qaydaları müəyyənləşdirilir.
Tematik və dərs üzrə planlaşmada şablona yer verilə bilməz. Qabaqcıl iş təcrübəsinə malik müəllimlər planlaşdırma zamanı şagirdlərin təhsillənmə, tərbiyə olunma və inkişaf etmələri baxımından təlim işinin səmərəli qurulması variantlarına diqqətlə yanaşırlar.
Dostları ilə paylaş: |