Mühazirə. Şərhlə yanaşı yuxarı siniflərdə mühazirədən də istifadə edilir. Şərh dərsin az bir hissəsini, mühazirə isə çox hissəsini, bəzən də dərsi tamam əhatə edir. Mühazirə zamanı müəllim faktlar nümayiş etdirir, onların təsvirini verir, mühakimə yürüdür, ehtimallar irəli sürür, onların həqiqi olub-olmadığını isbat edir, tutuşdurur, müxtəlif nöqteyi-nəzərlərə şagirdlərin diqqətini cəlb edir, suallar vasitəsi ilə onlarda marağı gücləndirir.
Mühazirənin planını dərsdə elan etmək, onu şagirdlərə yazdırmaq müəllimin mühakiməsini, onun məntiqini izləməyə imkan verir. Mühazirənin mühüm yerlərini şagirdlərin qeydə alması onları diqqətli olmağa alışdırır. Mühazirədə məntiqi yaddasaxlama tərzləri, isbatlar, faktların qruplaşdırılması, sistemə salınması, ümumiləşdirilməsi, müqayisələr üstünlük təşkil edir. Buna görə də mühazirə zamanı şagirdlərin anlama dərəcəsini yoxlamaq məqsədi ilə suallarla onlara müraciət edilməsinə haqq qazandırmaq lazımdır.
Dostları ilə paylaş: |