Seminar. Çox qədim tarixə malik olan bu metod, əslində ali məktəb tələbələri ilə aparılan təlim işi metodlarından biri hesab olunur. Son zamanlarda orta məktəbdə təhsilin məzmunu xeyli mürəkkəbləşdiyindən, bir çox dərslərdə, xüsusən IX-XI siniflərdə ilk mənbələr üzərində işləməyi tələb edən tarix, ədəbiyyat dərslərində istifadə edilən axtarış metodları qrupuna seminar metodunun daxil edilməsi məqsədəmüvafiqdir. Bunu, xüsusən, tədqiqat üsuluinun nəticəsində əldə edilən yeni məlumat haqqında sinifdə hesabat verərkən tətbiq etmək lazımdır. Belə ki, nəticəni dəqiqləşdirən, problemi həll edən şagird bu barədə yazılı və ya şifahi məlumat verir. Məlumat müzakirə edilir, müəllim tərəfindən yekunlaşdırılır.
Seminar metodu, digər tərəfdən, müstəqil olaraq da tətbiq edilə bilər. Məzmunu məlum olmayan mövzu və ya mövzular şagirdlərə verilir, müəyyən vaxt göstərilir, lazım gələrsə, müəllim məsləhətlər verir, mövzu işləndikdən sonra növbəti dərslərdə müzakirə olunub yekunlaşdırılır. Bu metodun əhəmiyyətini də elmi həqiqətləri şagirdlərə müstəqil olaraq aydınlaşdırmaq vərdişinin aşılanmasında, onların idrak fəaliyyətini inkişaf etdirməkdə axtarmaq lazımdır.
Dostları ilə paylaş: |