Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə353/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   349   350   351   352   353   354   355   356   ...   435
Pedaqogika I cild

Mühaziə-seminar. Seminarın mövzu və ya mövzuları mürək­kəb olduqda bunla­rın mahiyyətini, xüsusən araşdırılma istiamət­lə­ri­ni şərh etmək üçün mü­əllim giriş mühazirəsi oxuyur, sonra semina­rın mövzuları üzə­rin­də yuxarıda göstərilən qayda üzrə müstəqil iş başlanır.

Müsahibə. Müsahibə biliklərin şagirdlərlə dialoq prosesində verilməsidir. Tə­lim təcrübəsində müsahibə digər metodlarından daha çox istifadə edi­lir. Müasir dövrdə mücahibəyə biliyi dərk etmənin bütün mərhə­lə­­lərində müraciət olunur. Müsahibə hər bir fərdin effektiv fəaliy­yə­ti­ni təmin edir. Qabaqcıl müəllimlər dərsdə bütün uşaqların fəal­lı­ğı­nı təmin etmək üçün müsahibəyə müraciət edirlər.

Bu prosesdə şagirdlər fəallaşır,müəllimlə əməkdaşlıq edirlər.

Məktəb təcrübəsində bəzən inkişafetdirici müsahibə təsəvvürü ya­­radan yalan sualverməni A.Disterveq tənqid edirdi. O, yenicə öy­rə­nilmiş məsələləri ayrı-ayrı sözlərlə müəllimə qaytarma prosesini su­al­larla oyun adlandırırdı. Məktəblərimizdə şagirdlərin bir-birinə mə­nasız suallar vermələri A.Disterveqin dediklərinə haqq qa­zan­dı­rı­r.

Müsahibə iki cür aparıla bilər. Ola bilər ki, müəllim əvvəllər öy­rənilmiş materiala aid suallar qoysun, şagirdlər öyrəndiklərini ya­da salaraq, yenidən hasil edib cavab versinlər. Bu işi şagirdlərə əv­vəl­cədən sorğu vərəqi verməklə də təşkil etmək mümkündür. Şa­gird­lər yeri gəldikcə cavab verirlər. Beləliklə, dərsdə əks əlaqə yara­n­ır.

Ola bilər ki, müəllimin suallarına cavab verərkən şagirdlər sa­dəcə olaraq artıq məlum olanları xatırlamasın, mənimsənilmiş bili­k­lər arasında yeni əlaqələri tapsınlar, yeni nəticələrə gəlsinlər, özləri üçün əvvəllər rastlaşmadıqları yeni biliklər əldə etsinlər. Müsa­hi­bə­nin hər iki formasını (reproduktiv və evristik) idrak fəaliyyətini təş­kil etməyə istiqamətləndirmək lazımdır.

Adətən, şagirdlər çox az sual verirlər. Müəllim onları sual ver­mə­yə həvəsləndirməli, sinfi öyrənməyə can atan cəmiyyətə çevir­mə­lidir (Y.Ş.Kərimov). Sual bəzən “düzgün cavabların”, canlı ün­siy­yətin olması üzərində qurulur. Elə hallar da olur ki, şagirdlərin yük­sək qavrama səviyyələrində cavab verməyə həvəsləndirən sual-ca­vab olur. Belə planlaşdırılmış sual-cavab şagirdlərin təfəkkürünün in­ki­şafına xidmət edir. Bu zaman şagirdləri yaradıcı düşünməyə cəlb etmək üçün yüksək səviyyəli suallar verilir. “Bəli”, “xeyr” ca­vab­ları alınan suallar faydalı deyil. Belə cavablarla qənaətlənmək ol­­maz. Ona görə də müəllim belə cavablardan sonra “Nə üçün?” , “Nə­­yə əsasən?” sualları ilə onların cavablarını dəqiqləşdirməlidir. Bir çox hallarda, əsasən, düzgün, lakin natamam cavabları da də­qiq­ləş­dir­mək məqsədilə müəllim əlavə suallar verir. Belə əlavə suallar uşaq­larda öz qüvvələrinə inam, düşünməyə, araşdırmağa həvəs tər­bi­yə edir. Sual müəyyən məqsədlə verilməlidir, məntiqi, düşündürü­cü, inkişafetdirici xarakter daşımalıdır. Müsahibənin işgüzar şəra­it­də getməsi, maraqlı olması üçün sualın yığcam ifadə edilməsi, sin­fin səviyyəsinə uyğun olması təmin edilməlidir. Müsahibə sinifdə apa­rıldıqda müəllim sinifə müraciət etməli, yeri gəldikcə sualın xa­rak­terindən asılı olaraq kiməsə müraciət etməlidir. Elə etmək la­zım­dır ki, ümumi müsahibədə iştirak edən hər bir şagird qəflətən mür­a­ci­ət edildikdə cavab verməyə hazır olsunlar. Bəzən şagirdlərin cava­ba düzəliş vermələri tələb olunmalıdır. Cavab qənaətləndirici olma­yan hallarda düzgün cavabı müəllim verməlidir.

Müəllim müsahibə prosesində şagirdlərlə əks əlaqə yaradır. O, düz­gün cavabları təqdir etməli, qeyri-dəqiq, səhv cavablara görə uşaq­lara narazlığını bildirməlidir. Müsahibə fəal, oyadıcı metod ol­maq­la diqqəti cəlb edir. Bu metodun başlıca tələbi düşünülmüş su­al­la­rın və şagirdlərin cavablarının ciddi sistemidir.

Müsahibə metodu dərsin hər bir mərhələsində müxtəlif təlim məq­sədilə tətbiq olunur. Ev tapşırığı yoxlanarkən, yeni material izah edilərkən, biliyin möhkəmləndirilməsi və təkrarı, yeni biliyin təd­risi məşğələsini yekunlaşdırarkən, şagirdlərin suallarına cavab ve­rərkən müsahibədən istifadə olunur. Müsahibə metodu qədər çox­cə­hətli və effektli metod bəlkə də yoxdur. İnteraktiv metodlr adla­nan priyomların əksəriyyəti məhz müsahibəyə əsaslanır. Müsa­hi­bə zamanı tədris matarialı şagirdlərin şəxsi həyat təcrübəsi ilə əla­qə­ləndirilir. Müəllim əks əlaqə imkanına malik olur. O, şagirdlərin nə­ləri anladıqlarını, nələri anlamadıqlarını asanlıqla aşkara çıxara bi­lir. O, işin gedişi prosesində özünə düzəliş verə, materialın izahı is­ti­­qa­mətini dəyişə, məlumatı dərinləşdirə, genişləndirə, əlavə mə­lu­mat verə bilər. Beləliklə, müsahibə şagirdlərin təfəkkürünü mak­si­mum dərəcədə inkişaf etdirir, onların idrak qabiliyyətinin inkişafını tə­min edir.

Müsahibənin gedişində şagirdlərin müstəqil fikir söyləmələri, mü­hakimə yürütmələri imkanı yarandığından müəllim hər bir şa­gir­di öyrənə və inkişaf etdirə bilir. Müsahibənin təşkili prosesi mürək­kəb­dir. Müsahibənin müvəffəqiyyətlə getməsi üçün mövzu və kon­k­ret təlim vəzifəsi düzgün müəyyənləşdirilməlidir. Müəllim müsa­hi­bə­ni hansı istiqamətə, hansı ardıcıllıqla aparacağını təsəvvür etməli, mü­sahibənin məntiqi planını “görməlidir”. Müəllim şagirdlərin hə­min proqram üzrə hazırlığını da aydın təsəvvür etməlidir. Müsahi­bə­nin müvəffəqiyyəti çox vaxt müəllimin verdiyi sualların məzmu­nu və xarakterindən asılı olur. Müəllim məqsədyönlü sual qoy­maq­la şagirdləri “oyadır”, onlar əvvəllər əldə etikləri bilikləri xatır­la­yır, onları ümumiləşdirmək, inkişaf etdirmək yolu ilə yeni bilikləri müs­­təqil mənimsəmələrini təmin edir. Beləliklə, şagirdlər addım-ad­dım yeni biliklərə yiyələnirlər.

Müsahibə frontal və fərdi aparılır, frontal müsahibədə şa­gird­lər “canlanır”, onlar arasında rəqabət, yarış baş verir. Bu prosesdə güc­lü uşaqlar cəld reaksiya verirlər. Onlar digər şagirdlərə nümunə olur­lar. Frontal müsahibədən sonra müəllimin fərqlənən şagirdlərin bi­l­i­yini qiymətləndirməsi onlarda razılıq hissi yaradır. Tədris ma­te­ri­a­lının məzmunu və konkret vəzifələrdən asılı olaraq müsahibənin müx­təlif növlərindən istifadə edilir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin