Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə8/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   435
Pedaqogika I cild

Dördüncü, nəzəriyyə təcrübədə, ictimai praktikanın gedişində yoxlanıla bilməlidir. Elmi nəzəriyyənin bu əlaməti onun məzmununu həqiqət, inkişaf və təkmilləşmə qabiliyyəti baxımından xarakterizə edir. Nəzəriyyənin yoxlanıla bilməsi nəzəriyyənin məzmunu ilə onun əks etdirdiyi real obyektlərin xassələri və münasibətləri arasında uyğunluq yaradılması deməkdir. Nəzəriyyənin yoxlanıla bilməsi onun məhdudlu­ğunun və gələcək imkanlarının aşkar edilməsi ilə üzvi surətdə bağlıdır.

Beşinci, elmi nəzəriyyə həqiqi və səhih olmalıdır. Bu o deməkdir ki, nəzəriyyənin əsas müddəalarının həqiqiliyi səhih müəyyən olunmalıdır. Bu mənada elmi nəzəriyyə real hadisələrin səbəb və xassələri haqqında ehtimallı bilik formasında mövcud olan hipotezadan əsaslı surətdə fərqlənir.

Altıncı, elmi nəzəriyyə daxilən ziddiyyətli olmamalı və təcrübi faktlarla yaxşı uzlaşmalıdır. Əks təqdirdə nəzəriyyə ya təkmilləş­diril­məli, ya da inkar olunmalıdır. P.F.İolon nəzəriyyənin qarşısına qoyulan bu tələbi belə ifadə edir: “Nəzəriyyənin daxilində yaranan məntiqi ziddiyyət­lər onu dağıdıb, yalan nəzəri sistemə çevirdiyindən nəzəriyyə onları həll etmək üçün səmərəli üsul və vasitələrə malik olmalıdır. Qeyri-ziddiyyət­li­lik predmet sahəsinin xa­rakterindən, məntiqi tipindən, idraki səviy­yəsindən asılı olma­yaraq hər bir nəzəriyyənin ödəyəcəyi şərtdir. Yalnız o nəzəriyyə qeyri-ziddiyyətli sayıla bilər ki, onun hər hansı ixtiyari iki müd­dəası məntiqi cəhətdən bir araya sığa bilmiş olsun. Nəzəriyyə özünün daxili ziddiyyətlərini həll edərək inkişaf edir”4.

Yeddinci, yeni yaranan hər bir nəzəriyyə qarşısında qoyulan mühüm tələblərdən biri də nəzəriyyənin qabaqgörən olmasıdır. İzahat kimi elmi qabaqgörənlik də elmi nəzəriyyənin çox mühüm funksi­yala­rındandır. Belə ki, elmin vəzifəsi yalnız keçmiş və indiki hadisələri açmaq və izah etməklə məhdudlaşmayıb, həm də gələcəyi qabaqcadan gör­məkdən ibarətdir. Elmi qabaqgörənlik elmi iza­hatdan ayrılmaz olub, həmişə onun əsasında qurulur. Elmi izahat ilə elmi qabaqgörənliyin qarş­ılıqlı əlaqəsini onların məntiqi quru­luşlarının oxşarlığından da görmək olar. Həm elmi qabaq­gö­rənlik, həm də izahat eyni bir nəzəriyyəyə, başqa sözlə, eyni qanu­na­uyğunluqlara və mühüm əlaqələrə əsaslanır, eyni bir “məntiqi mexanizmdən” istifadə edirlər. Elmi izahat ilə elmi qabaq­görənlik arasında həm də müəyyən fərq də vardır. Həm də bu fərq onların eksperiment və müşahidədən alınan təcrübi məlu­mat­larla olan əlaqələsinin dərəcəsindədir. Bu əlaqə elmi qabaq­gö­rən­likdə daha zəifdir.5 Elmi qabaqgörənliyin mükəmməlliyi və dəqiqliyi bir çox şərtlərdən asılı olsa da, bir sıra hallarda dürüst xarakter ala bilir. Bununla belə elmi qabaqgörənliyin təsir dairəsinin məhdudluğunu da qeyd etmək lazımdır. Elmi qabaqgörənliyin əsası və stimulu olan praktika onu təsdiq edə bildiyi kimi, eyni zamanda bəzi düzəlişlər verib onu dəqiqləşdirə bilir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin