Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbat­la­rın­dan asılılığı



Yüklə 1,17 Mb.
səhifə153/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   435
Pedaqogika I cild

7. Pedaqoji prosesin cəmiyyətin və şəxsiyyətin tələbat­la­rın­dan asılılığı. Təlim-tərbiyə prosesinin gedişi və nəticələri 1) cə­miy­yə­tin tələbatından, 2) cəmiyyətin imkanlarından (maddi-texniki, iq­ti­sadi və b.), 3) pedaqoji prosesin baş verdiyi şəraitdən (mənəvi-psi­xo­loji, sanitar-gigiyenik, estetik və b.) asılıdır.

Əlbəttə, pedaqoji prosesdə mövcud olan əlaqələr göstərilən qanunauyğunluqlarla qurtarmır. Onlar xeyli çoxdur və tədqiqatçılar yeni qanunauyğunluqlar aşkar etmək istiqamətində axtarışlarını da­vam etdirirlər. Bu da təbiidir. Pedaqoji prosesin qanunauy­ğun­luq­ları nə qədər çox aşkara çıxarılarsa və praktik işdə nəzərə alınarsa, təlim və təhsil-tərbiyənin səmərəliliyi o qədər yüksək olar.

Pedaqoji ədəbiyyatda özünə yer alan ümumpedaqoji və spesi­fik qanunauyğunluqların böyük bir hissəsi funksiya və mahiy­yət ba­xımından yaxındır, ifadə tərzinə görə fərqlənirlər. Bunu B.A.Əh­mə­dov, N.M. Kazımov, Ə.X.Paşayev, F.A.Rüstəmov, Y.K.Babanski tərəfindən formulə olunaraq, təqdim edilən qanunauyğunluqların müqayisəsi nəticəsində müəyyənləşdirmək çətin deyildir. Fikrimizi əyaniləşdirmək məqsədi ilə N.M.Kazımovun qəbul etdiyi ümumpe­da­qoji qanunauyğunluqları təqdim etməyi faydalı sayırıq:

– təlim, tərbiyə, təhsil və inkişaf arasındakı qarşılıqlı əlaqələri müəllimin, tərbiyəçinin bilməsi və fəaliyyət zamanı nəzərə alması şagirdlərdə tərbiyəlilik, bilik və inkişaf səviyyəsini artırır;



  • təlim və tərbiyənin eyni hallarına pedaqoji proseslə məşğul olan şəxslərin münasibətləri nə qədər çox yaxınlaşarsa, pe­da­­qoji səmərə bir o qədər yüksək olur;

  • müasir layihə əsasında tikilən, lazımi avadanlığa və texniki vasitələrə malik olan, mənəvi-psixoloji mühiti sağlamlaş­dı­ran mək­təbdə təlim-tərbiyə işinin səviyyəsini yüksəltmək imkanı çoxalır;

  • tədris müəssisələri cəmiyyətin kadrlara olan ehtiyacını nə qədər dolğun nəzərə alırsa, pedaqoji prosesin səmərəsi bir o qə­dər artır, əmək məhsuldarlığını yüksəltməyin imkanları bir o qədər genişlənir;

  • hər bir konkret halda pedaqoji işin məzmunu onun məq­sə­di­­nə tam uyğun seçildikdə və təlim-tərbiyə bu zəmində apa­rıl­dıq­da səmərə artır;

  • pedaqoji iş üsulları formalaşdırılan mənəvi keyfiyyətlərin şa­girdlərdə inkişaf dərəcəsinə müvafiq seçildikdə daha çox pedaqoji səmərə verir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin