Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Buraxılış işinin müdafiəsində toplanmış ballar



Yüklə 1,17 Mb.
səhifə201/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   435
Pedaqogika I cild

Buraxılış işinin müdafiəsində toplanmış ballar



Tələbənin adı, atasının adı, soyadı




Müdafiədə toplanmış ballar

Məruzənin qiyməti

20 balla


Suallara cavab- ların qiyməti

20 balla


Tələbənin ixtisas biliyi

10 balla



Yekun bal

1.
















Yеkun Dövlət Attеstasiya Komissiyasının bağlanış iclasında sədr komissiya üzvləri ilə birlikdə hər tələbənin ayrı-ayrılıqda qiy­mətlərini müzakirə edir və açıq səsvermə yolu ilə buraxılış işinin müdafiəsinin ümumi bal qiyməti müəyyənləşdirilir. Bundan sonra tələbənin müdafiəyə qədər və müdafiədə topladığı ballar toplanaraq buraxılış işi müdafiəsinin yekun balı çıxarılır. Sədr müdafiənin yekun bal qiymətini tələbələrə elan edir.

Həm müdafiəyə qədər, həm də müdafiə zamanı toplanmış bal­lar ümumiləşmiş şəkildə bir cədvəldə öz əksini tapır. Yеkun Döv­lət Attеstasiya Komissiyasının sədri və üzvləri cədvəldəki qiymətləri imzalayaraq təsdiq edir. Müdafiə prosesinin bütünlükdə gedişatı, suallara cavablar, tələbələrin qiymətləndirilməsi xüsusi “Protokol-kitabı”nda Komissiyanın Elmi Katibi tərəfindən aparılır və Yеkun Dövlət Attеstasiya Komissiyasının sədri, üzvləri tərəfindən imzala­na­raq təsdiqlənir.

Magistratura. “Magistr” sözü latın mənşəli söz olub, “müəl­lim”, ”mü­rəbbi”, “rəhbər” mənalarını ifadə edir. Qədim Ro­ma­da “ma­gistr” dərəcəsi mühüm vəzifə səlahiyyətləri olan şəxslərə veri­lir­di. Bizans imperator­luğunda isə bu ad yüksək məmur rütbəsi ti-tuluna müvafiq idi. “Magistr” məf­humu “ustad” adının sino­nimi, öz işinin mahir bili­ci­si, ustası kimi də qəbul edilir. Musiqi termini olan “maest­ro” sözü də “magistr” sözün­dən meydana gəlmiş, mu­si­qi sa-hə­sinin bi­li­cisi kimi başa düşülür.

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sa­hə­si­nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öy­rə­nil­məsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi təd­qi­qat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Ma­gistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin ve­ril­məsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy­yən edilir.

Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba­zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü­əs­sisələrində yaradılır.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin