Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əməliyyat-idrak mərhələsi



Yüklə 1,17 Mb.
səhifə327/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   323   324   325   326   327   328   329   330   ...   435
Pedaqogika I cild

2. Əməliyyat-idrak mərhələsi. Bu mərhələdə müəllim aşa­ğı­da­kı iş növlərini həyata keçirir:

1) tədris -əyani və təlimin texniki vasitələrindən istifadə et­mək­lə müxtəlif metodlarla zəruri informasiyanın şagirdlərə veril­mə­s­i;

2) şagirdlərin tədris işinin təşkili və ona rəhbərlik (şagirdləri təd­­ris-idrak fəaliyyətinə cəlb etmək, nəzarət- qiymətləndirmə fəa­liy­yət­lərini təşkil etmək).

3) şagirdlərin təlim işinə cari nəzarət və qiymətləndirmə (şa­gir­din və şagird kollektivinin öyrənilməsi, özünün planının yerinə ye­tirilməsinin və şagirdlərin təlim işinin təshih olunması).

Qeyd etmək lazımdır ki, təlim prosesində şagirdlərin necə iş­lə­diklərinə, nələrdə müvəffəqiyyət qazandıqlarına, nələrdə çətinlik çək­diklərinə, səhvə yol verib-vermədiklərinə müəllim daim diqqət yeti­rir. Tədris materialının şagirdlər tərəfindən necə mənim­sənildiyinə nə­­zarət olmadan müəllim sonrakı metodik addımı müvəffəqiyyətlə ata bilməz.

Cari nəzarət şagirdlərin tədris fəaliyyətində tipik olan uğurlu cə­hətləri, həmçinin nöqsanları görməyə imkan verir. Şagirdlərin diq­qəti həmin uğurlu cəhətlərə, yaxud nöqsanlara cəlb edilir, nöq­san­ların üst-üstə yığılmasına yol verilmir, vaxtında arada qaldırılır.

Cari nəzarət müəllimin təkmilləşməsi üçün, onun pedaqoji us­ta­lığının artması üçün, nəticə olaraq təlim-tərbiyə işinin səviy­yə­si­nin yüksəlməsi üçün geniş imkanlara malikdir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin