Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə338/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   435
Pedaqogika I cild

Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin mək­təblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nə­zə­rə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqil­li­yinə, şüurluluğuna, fəallığına istinad edir. Düzgün təşkil edilmiş si­nif­dənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir.

Ə.X.Paşayev, F.A.Rüstəmov yazırlar ki, şagirdlərin evdə müs­­­təqil işi aşağıdakı təlim funskiyalarını yerinə yetirir:

1) dərsdə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək;

2) sinifdə keçirilmiş tədris materialını genişləndirmək və də­rin­ləşdirmək;

3) çalışmaları müstəqil yerinə yetirmək üçün bacarıq və vər­diş­ləri formalaşdırmaq;

4) proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə ye­tir­mək yolu ilə təfəkkürün müstəqilliyini inkişaf etdirmək;

5) fərdi müşahidələr və təcrübələr aparmaq, dərslərdə yeni möv­zuları öyrənmək üçün material toplamaq və tədris vasitələri ha­zır­lamaq (təbiət nümunələri, şəkillər, üllüstrasiyalar, qəzet və jur­nal­lardan kəsilib götürülmüş və statistik materiallar əsasında).

Fənn dərnəkləri öz istiqamətinə, məzmununa, iş metodlarına, ke­çirilmə vaxtına görə müxtəlifdir. Praktika təsdiq edir ki, fənn dər­nək­ləri şagirdərin maraq və meyillərinin inkişafında olduqca əlve­rişli rol oynayır. Təlimə müsbət münasibət inkişafa da müsbət təsir edir. Dər­nəklər həyatla əlaqənin möhkəmləndirilməsinə, fənlərarası əla­qə­nin inkişafına kömək edir. Şagirdlərin fənn dərnəklərində iştirakı təd­ris prosesini fəallaşdırır, təlimin keyfiyyətini yüksəldir.

Ekskursiyalar tədris işinin qədim formalarındandır. Könüllü ke­çi­rilən tərbiyə xarakterli ekskursiyalardan fərqli olaraq, təlim eks­kur­siyaları tədris proqramlarında öz əksini tapır. Ekskursiyanın hər bir mərhələsinin vəzifəsindən asılı olaraq, müəllim şagirdləri kol­lek­tiv, qrup və fərdi tpşırıqlar üzərində işlədir. Ekskursiyaların təş­ki­li forması məqsəd, obyektin xüsusiyyətləri, şagirdlərin idrak qabi­liy­­yətini səmərəli idarə etmək imkanları, həmçinin şagirdlərin təh­lü­kə­sizliyini və sağlamlığını müdafiə etmək istəyi ilə şərtlənir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin