Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması



Yüklə 1,17 Mb.
səhifə340/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   336   337   338   339   340   341   342   343   ...   435
Pedaqogika I cild

14.3.1. Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması
Tədris işində müəllim həlledici tərəfdir (təşkiledici əsas iki kom­ponentdən biridir). Dərsə verilən tələb kimi müəllimin fəa­liy­yə­tin müvəffəqiyyəti üçün də müəyyən şərtlər mövcuddur. Mühüm şərt­lərdən biri müəllimin dərsə hazırlığıdır. Bunu pedaqoqlar xüsusi vur­ğulayırlar.

Müəllim dərsə hazırlaşarkən təlimin başlıca funk­siyalarının – təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yeri­nə yetirəcəyi diqqət mərkəzində durmalııdr. Bu məqsədlə o, əv­vəla, həmin dərsdə öyrədəcəyi əsas bilikləri, ideyanı, qanunu, qay­danı, anlayışı dəqiq­ləş­dirir, aşılayacağı tədris və idrak bacarıq­la­­rını müəyyənləş­dirir; ikincisi, dərs zamanı hansı əxlaqi, mənəvi es­te­tik və s. keyfiyyət­lərin formalaşmasına təkan verəcəyini aydınlaş­dı­rır; üçüncüsü dərsin məzmununu təşkil edən bilik və bacarıqlar va­si­tə­si ilə hansı psixiloji funksiyaları – diqqəti, təxəyyülü, iradəni və s. in­kişaf etdirəcəyini konkretləşdirir.

Dərsin hər mərhələsində müəllim necə hərəkət edəcəyini və şa­girdlərin nə ilə məşğul olacağını planlaşdırılır. Qarşıdakı başlıca di­dak­tik məqsəd və vəzifələrdən asılı olaraq təlim metodlarının seçil­­mə­si də müəllimin dərsə hazırlığına aiddir. Hansı əyani və tex­niki va­sitələrdən, hansı mənbələrdən, sorğu kitablarından, lüğət­lərdən və s. dərs­də istifadə edəcəyini müəllim qabaqcadan düşünür.

Müəllimin dərsə hazırlığı, müxtəlif formaya – geniş metodik iş­lə­mə, təfsilatlı plan və ya cədvəl formasına düşə bilər.

Müəllimin dərsə hazırlaşması və dərsin planlaşdırılması nöq­teyi-nəzərindən B.A. Əhmədovun fikirləri tövsiyə kimi qəbul oluna bi­lər. O, yazır ki, müəllim dərsə hazırlaşarkən aşağıdakıları əsas gö­tür­məlidir: 1) proqramın tələblərini; 2) şagirdlərin real səviy­yəsini; 3) məqsədi; 4) materialın məzmununu; 5) vasitə və me­tod­ları və s. Dər­sin planlaşdırılmasında isə aşağıdakılar diqqət mərkə­zində sax­lan­malıdır:

1.Mövzunun proqramda necə verilməsi, proqramın ən çox nə­yi tələb etdiyinin diqqətlə öyrənilməsi;

2. Öyrəniləcək mövzu ilə əlaqədar yeni elmi -metodik ədə­biy­ya­tın nəzərdən keçirilməsi, öyrənilməsi.

3. Sinfin bütün şagirdlərini, eləcə də hər bir şagirdi göz önünə gə­tir­mək, materialı əvvəlcədən onların real səviyyəsinə uyğunlaşdır­maq, müvafiq iş priyomları müəyyənləşdirmək zəruridir;

4. Dərsin konkret məqsədini aşkar etmək, dərsin sonunda “Nə­yə nail olmalıyam?” sualına cavab vermək lazımdır.

5. Həmin məqsədə çatmaq üçün şagirdləri hansı iş növü üzə­rin­də işlətmək lazım gəldiyini aydınlaşdırmaq;

6. Şagirdin səviyyəsi, məqsəd, əldə olunan vasitələr sistemi ilə mü­əllimin öz imkanları arasındakı əlaqə müəyyən edilməlidir;

7. Qeyd olunanlar əsasında dərsin kompozisiyası yaradılmalı və dərsin planı yazılmalıdır;



8. Dərs xəyalən icra edilməlidir və vaxt müəyyənləşdirilm­əli­d­ir.

Müəllimin dərsə hazırlaşmasının və dərsin planlaşdırıl-ma­sı­nın proq­ram materialı ilə bağlılığını xüsusi qeyd edərək B.A.Əh­mə­dov gös­tərir ki, məktəbdə proqram materialı iki şəkildə planlaş­dı­rı­lır: pers­pektiv, cari. Perspektiv planlaşdırma da iki yerə bölünür: İllik və tematik. Cari planlaşdırma tematik plana əsaslanır və hər bir konk­ret dərs üçün tələb olunur. Bu, dərsin məqsədlərini, mərhələ­lə­ri­ni, müstəqil işləri və s. əks etdirir .

Y. Talıbov, Ə.Ağayev, İ.İsayev, A. Eminov da müəllimin dər­sə hazırlaşması məsələsinə xüsusi əhəmiyyət vermişlər. M.M.Meh­di­zadə yazırdi ki, ”...belə bir həqiqəti sübut etməyə ehtiyac yoxdur ki, dərsin elmi-nəzəri və metodik səviyyəsi, onun təlim və tərbiyə sə­mərəsinin yüksəldilməsi xeyli dərəcədə müəllimin bütövlükdə öz fən­nini tədris etməyə ümumi hazırlığının necə olmasından və xü­su­sən növbəti dərsə hazırlaşmasından asılıdır”.

Şübhə yoxdur ki, dərsə hazırlıq, dərsin planının tərtibi ilə başa ça­tır. Bu dərsin mütləq komponentidir, bunsuz müəllim dərsdə qarı­şıq­lıq yaranması, bununla da məşğələlərin səmərəliliyinin azalması təh­lükəsi qarşısında qalır.

Dərsin planlaşdırılması ilə bağlı V.A.Onişşuk göstəriri ki, dərs planının keyfiyyəti onda dərsin bütün ünsürlərinin əks olun­ma­sın­dan asılıdır. Y.K.Babanski optimallaşdırma prinsiplərinə uyğun tə­l­i­min planlaşdırılması və təşkilinin ardıcıllığını təqdim etmişdir. Onun təqdimatı belədir:

1. Təhsil, tərbiyə, intellektual, iradi və emosional inkişaf vəzi­fə­lə­rinin planlaşdırılması;

2. Hər bir sinfin xüsusiyyətlərinin nəzərə alınması ilə təlim və­zi­fələrinin konkretləşdirilməsi;

3. Təlim materiallarının məzmununda başlıcanın dəqiq ayrıl­ma­sı;

4. Sorğu, yeninin öyrənilməsi, çalışmalar və s. ardıcıllığının şü­ur­lu şəkildə seçilməsi;

5. Təlimin vasitə, metodlarının verilmiş şəraitdə daha yaxşı uz­­laş­masının seçilməsi. Dərsin gedişində təlim metodlarına xüsusi təs­­hihin verilməsi;

6. Təlimin təşkilinin əsaslandırılmış formasının seçilməsi. Da­ha hazırlıqlı və zəif mənimsəməyə malik şagirdlərə fərdi yanaşma.

7. Təlimin əsaslandırılmış tempinin seçilməsi. Fəaliyyətdə olan normalara uyğun ev tapşırığının həcminin müəyyənləşdiril­mə­si. Digər müəllimlərlə ev tapşırığı həcminin koordinasiya edilməsi;

8. Təlim üçün yüksək səviyyəli şərait və imkanlara çalışmaq;

9. Təhsilvermə, tərbiyə və inkişaf planı ilə təlimin nəticə­lə­ri­nin təhlili. Ev tapşırığına şagirdin vaxt itkisinin rasionallığının nə­zə­rə alınması.

Praktikada bir çox müəllimlər ağırlıq mərkəzini ayrı-ayrı dərs­lərə hazırlıq üzərində yerləşdirir, tədris ili və tədris mövzusu üzrə ha­zırlığa isə kifayət qədər diqqət vermirlər. Bizim fikrimizcə, te­ma­tik planlaşma ilə dərslər üzrə planlaşma (cari planlaşma) qarşı-qar­şıya qoyula bilməz.Tematik planlaşma zəruridir, bunsuz dərslər üzrə plan­laşma lazımi nəticəni verə bilməz. Eyni zamanda tematik plan­laş­maya nisbətən dərslər üzrə planlaşma zaman və məkana görə da­ha konkret məna daşıyır.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin